0
Thursday 17 April 2014 - 14:08

Nurçular hakimiyyətdə?

Story Code : 374505
Nurçular hakimiyyətdə?
Nurçular hakimiyyətdə?
Prezident Adiministrasiyasında ciddi bir şöbə müdiri vəzifəsindən azad edilən Elnur Aslanlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “pensiyaçı” vəzifəsinə gətirildikdən sonra ölkədə “nurçu” ovuna son verilməsi fikrinə düşənlər az olmadı, lakin qısa zamanda məlum oldu ki, həm Ərdoğanın Bakı səfəri həm də hakimiyyətin planları düşünülənlərin əksinədir. Bu günlərdə mətbuatda yayılan xəbərələrə görə Elnur Aslanlı MTN-də 6 saat dindirildiyi zaman bildiklərini xüsusi xidmət orqanlarının əməkdaşları ilə bölüşüb. Verilən məlumata görə Aslanlının dindirilməsi zamanı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, müavini Mansur Məmmədov və daha bir sıra başqa şəxslər də nurçuların cərəyanında yer alıb. O da məlum olub ki, bu günlərdə Yasamal rayon polis idarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan nurçular vəzifəsinə və sayına görə sən demə bir şey deyilmiş. Belə ki, deputat Ceyhun Osmanlının Göyçay rayon icra hakimiyyətində başının müavini olmaqdan başqa həm də ətraf rayonlardan olan dövlət qulluqçularını öz bağ evinə yığıb toplantı keçirirmiş. MTN Elnur Aslanlıdan ilkin dindirilmə zamanı əldə etdiyi məlumatların heç də hamısını ictimaiyyətlə bölüşməyib. Əldə etdiyimiz məlumatlara görə Elnur Aslanlı dindirilən zaman məlum olub ki, Azərbaycanın Daxili Qoşunlarında yüzlərlə zabit “nurçu”luq cərəyanının üzvüdür. MTN-in bu informasiyanı yaymamaqla ictimai təhlükəsizliyi risk atmamağa hesablanıb, Daxili Qoşnlar yeganə güc strukturu deyil ki, nurçular təmsil olunur, bundan başqa mülki idarələrdə də dövlət qulluğunda xeyli sayda nurçuların olması faktdır. Belə çıxır ki, bizim əldə etdiyimiz məlumatlar təkcə bizə yox, elə Qafqaz Müsəlmanları İdarəsinə də məlumdur. Bu gün yayılan xəbərə görə QMİ-in mətbuat katibi Rəhimə Dadaşova qurumun Azərbaycanda nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə tədbir görülməsini planlaşdırır. Verilən açıqlamada bu tədbirlərin nədən ibarət olması haqqında təfsilatlı məlumat verilməsə də belə anlaşılır ki, QMİ Milli Məclisə müracitə edərək CM-də müəyyən dəyişikliyə nail olmaq istəyir. Ola bilər bunun üçün ayrı qanunların və ya qərarların da qəbul olunması baş versin, lakin hazırda adları qeyd olunan cərəyanları qadağan edən hüquqi baza olmadığından hüquq mühafizə orqanlarının bu cərəyanlara qoşulanları və təbliğ edənləri məsuliyyətə cəlb etmələri üçün əsası olmayacaq. Ya da QMİ-in çağrışı elə kağız üzərində qalacaq.
Source : İslamtimes
Comment