0
Monday 21 July 2014 - 15:22

İsrail alçaldıcı məğlubiyyət ilə üzləşəcək

Story Code : 400703
İsrail alçaldıcı məğlubiyyət ilə üzləşəcək
İsrail alçaldıcı məğlubiyyət ilə üzləşəcək
Bazar günü İran Məsləhət Şurasının sədri Əkbər Haşimi Rəfsancani Tel Əvivin Qəzzada əvvələr yaşadığı məğlubiyyəti xatırlatmış və demişdir ki, işğalçı və zorakı rejim bir daha öz hədəflərinə çata bilməyəcək və növbəti alçaldıcı məğlubiyyət ilə üzləşəcək.

Rəfsəncani daha sonra İsrail rejiminin Qəzzada olan günhasız qadın və uşaqlara qarşı qəddarcasına hava və qurudan olan hücumları tənqid etməklə yanaşı adlarını insan hüquq müdafiəçiləri qoymuş bir sıra hegamon dövlətlərin İsrailin Qəzzaya qarşı təcavüzü qarşısında səssiz qaldıqları üçün qınamışdır.

İranlı rəsmi həmçinin müsəlmanlara səslənərək Ramazan ayının sonuncu cümə günündə qeyd edilən Qüds Günü yürüşlərində kütləvi şəkildə iştirak edərək İsrailə öz etirazlarını bildirməyə çağırıb.

8 İyul tarixində İsrail hərbi təyyarələri mühasirə şəraitində olan Qəzza Zolağına qarşı təcavüzə başladı. İsrail ordusu 17 iyul tarixində həmçinin mühasirədə olan sahil yanı əraziyə qarşı qurudan əməliyyatlara start verdi.

Yeni məlumatlara əsasən Tel Əviv rejiminin Qəzzaya qarşı sonuncu təcavüzü nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 478 nəfər qətlə yetirilib.
Fələstin müqavimət döyüşçüləri də həmçinin İsrailin bu təcavüzünə İsrail şəhərlərinə raketlər atmaqla cavab veriblər.
Source : İslamtimes
Comment