0
Monday 16 December 2013 - 23:54

Azərbaycanlıların Rusiyadan qovulması hələ də gündəmdədir

Story Code : 331359
Azərbaycanlıların Rusiyadan qovulması hələ də gündəmdədir
Azərbaycanlıların Rusiyadan qovulması hələ də gündəmdədir
Rusiyada miqrantlara qarşı hücumlar davam etməkdədir, ancaq təkcə miqrantlara yox, elə onların çalışdığı bazarlara da hücumlar təşkil olunur.

Bu günlərdə ən çox azərbaycanlıların çalışdığı bazarlardan olan “Sadovad” bazarında böyük yanğın oldu. Yanğının səbəbi kimi göstərilən qısa elektrik qapanması kifayət qədər şübhəli görünür.

Bir neçə həftə əvvəl isə bu bazarında bağlanması Moskva şəhər hakimiyyəti tədbirlər görmək niyyətində olduğunu bəyan etmişdi. Bazarın sahibi isə Rusiyada yaşayan və Putinin dostu kimi tanınan İlham Rəhimovdur.

Baş verənlər onu deməyə əsas verir ki, Rusiyadan azərbaycanlıların qovulması üçün tədbirlər ard ardınca aparılır, Azərbaycan hakimiyyəti isə Rusiyadan gələn milyonlarla vətəndaşını qəbul edib onları işlə təmin edə bilməyəcək. Yerli ekspertlər bu cür addımları Rusiyanın Azərbaycana qarşı təzyiqi kimi qiymətləndirir.
Source : Islamtimes
Comment