0
Wednesday 27 November 2013 - 08:50
Barbi kuklalarının mənfi təsirlərini tanıyın (7)

Barbi və media

Story Code : 323259
Barbi və media
Barbi və media
Öncədən proqnozlaşdırılan hədəflərə çatmaq, gözlənilən nəticəni almaqdan ötrü sözügedən strateji oyuncaq fərqli və məqbul formada, bütün bədii, texniki incəliklər nəzərə alınmaqla reklam edilməlidir. Çünki, əsrimiz informasiyalar əsridir. Hər hansı bir şey davamlı, daha təsirli olması üçün media və reklam dəstəyinə möhtacdır.

Unutmamalıyıq ki, medianın mühüm fəaliyyətlərindən biri istehlakçıların imiclərinin bir – birinə yaxınlaşdırmaq və vahid materialdan istifadəni onlara aşılamaqdır.

“2001 – ci ildə Barbi kuklası özünün ilkin “Barbi və fındıqqıran” kompüter videosunda göründü. İndiyədək isə Barbi barədə diqqət cəlb edəcək dərəcədə kompüter videoları – animasiya - sinema və erotik filmlər çəkilmişdir”.

Diqqəti cəlb edəcək digər nöqtə medianın Barbi kuklasını internet saytlarında himayəsidir. Barbiyə aid sayta daxil olarkən hətta ox işarəsi belə qanadlı qadın işarəsinə çevrilir. Məlum sayta daxil olan şəxslər “bir bölmədə oyun oynaya, digər bölmədə Barbi ilə dəniz qırağında gəzə və ya ev şəraitində ad günü partisində iştirak edə bilərlər və ....” Bütün bunlar uşaqlarda yüksək maraq və cəlb yaratmışdır.
Source : Islamtimes
Comment