0
Saturday 5 January 2013 - 19:53

Təlabanisiz İraqın problemli günləri

Story Code : 228354
Təlabanisiz İraqın problemli günləri
İraq prezidenti Cəlal Təlabani beyin iflicindən sonra Almaniyada müalicəsini davam etdirir. Onun nə vaxt qayıdacağı məlum deyil. Bu məsələ onun siyasi gələcəyi ilə bağlı nigarançılıqlar yaradır. Az adam bu ölkədəki vəziyyətdən sevinə bilər. Buna görə də Təlabaninin olmaması ölkədə vəziyyəti daha da ağırlaşdıra bilər. İraq Səddamdan sonra qruplar və məzhəblər arası ixtilaflarla üzbəüzdür. Təlabaninin işə qayıtmaması problemləri daha da artıracaq. Prezidentin ölkədəki fəaliyyətlərini bir neçə baxımdan nəzərdən keçirmək olar.

Təlabaninin işə qayıtmaması ilk öncə İraq kürdləri üçün ciddi problemlər deməkdir. 10 il öncə Məsud Bərzani Kürdüstan azlığına rəhbərlik edirdi. O Şimali İraq kürdləri üçün çox iş görmüşdü. Bu rolu mərkəzdə yalnız Təlabani oynaya bilir. Bərzani ilə Təlabani arasında vəzifələrin bölüşdürülməsi milli müstəvidə kürdlər üçün çox faydalı olub. Bu həm də mərkəzi dövlət üçün faydalıdır. Təlabani Bərzanidən fərqli olaraq xaricdə və daxildə daha çox qəbul olunur. Onu əvəz edəcək biri görünmür. Təlabaninin olmaması hakimiyyətdə kürdlərin mənafelərinə zərbə vurur. Bu həm də kürd qruplaşmaları arasında münasibətləri poza bilər. Təlabani öz beynəlxalq nüfuzu ilə kürd məntəqələrində mühüm rol oynayır. Bir çox dağıdıcı hadisələrin qarşısını alan məhz o olub.

Təlabani təkcə kürdlərin rəhbəri kimi yox, həm də İraq siyasətçisi kimi təsirlidir. Prezidentin olmaması İraqda siyasi tarazlığı pozur. Təlabani kürdlər və şiələr arasında sağlam münasibətlərin təminatçısıdır. Məhz onun sayəsində bu sahədə həmkarlıq yaranıb. Səddam hökumətinin süqutundan az sonra kürdlər şiələrlə həmkarlıq etmirdi. Onları həmkarlığa sövq edən Təlabani oldu. Son vaxtlar Nuri Maliki dövləti ilə kürd azlıqları arasında yaranmış gərginliyin aradan qaldırılmasında Təlabani müstəsna rol oynadı. O həmişə milli mənafelərin qorunmasına çalışıb. İraq prezidenti kimi qəbul olunmasının da əsas səbəbi onun milli şəxsiyyətidir. O hətta şiə-sünni problemlərinin həllində aparıcı rol oynayıb. İraqda az adam Təlabanini nüfuzlu şəxs olaraq qəbul etmir. Problemlər ortada olduğu bir zaman Təlabaninin olmaması vəziyyəti gərginləşdirir. Kürdlər arasında isə onu əvəz edəcək mötədil şəxs yoxdur.

Təlabani kürd və iraqlı olaraq ötən 10 ildə İraqın milli mənafeləri üçün böyük xidmətlər göstərib. Məhz onun təlaşları sayəsində İraq dövləti bir çox problemləri arxada qoyub. Təlabaninin olmaması kürdlərlə yanaşı İraq dövləti üçün problem yaradır. Onun yerini tutacaq bir şəxsin tapılması bəlkə də qeyri-mümkündür.
Comment