0
Sunday 23 September 2012 - 12:51

İsrail – lənətlənmiş dövlət

Story Code : 197854
İsrail – lənətlənmiş dövlət
İsrail – lənətlənmiş dövlət
Islam times.org/az/ - İnsan yaradılışının məqsədlərindən biri də adəm övladının xoşbəxt və firavan həyat sürməsidir. İnsanı xoşbəxtliyə aparan yollar və əməllər Uca Rəbbimiz tərəfindən bizlərə bildirilib. Ancaq çox təəssüflər olsun ki, insanların Allah qanunlarına tabe olmayaraq üsyan etmələri dünyadakı ictimai-siyasi nizamı pozdu.

Bugün dünya üçün, daha dəqiq desək insanlıq üçün təhlükə və şər mənbəyi olan məhz İsrail Sionist rejimidir. Məqsədi bütün dünyaya hakim olmaq və özlərindən qeyri insanları qul kimi istifadə etmək olan bu dövlət öz mövcudluğunu günhasız insanların qanları bahasına qoruyub saxlamaqdadır.

Hər gün Fələstinlilərə qarşı terror və işgəncələr həyata keçirən bu qana susamış dövlət özünü dünyada demokratiya və insan hüquqlarının müdafiəçisi kimi göstərməyə can atır. Bugün dünyada mövcud olan bütün problemlərin kökü məhz İsrail Sionist rejimidir.

Sionizmin yaranmasının və inkişafının tarixi analizi bir daha sübut edir ki, bəyan edildiyinin əksinə olaraq, bu ideologiya heç də yəhudi xalqının mənafeyini əsas götürmür. Belə ki, təkcə fələstinlilərə qarşı deyil, həm də sionizm ideologiyasına şübhə ilə yanaşan hər bir yəhudiyə qarşı da amansız təqiblər baş verir.

Bu azmış kimi, bəzi Qərb ölkələri antisemitizmi qəsdən qızışdırmaq məqsədilə sionizmin hər hansı cür tənqidinə antisemit “rəng” verməyə meyillidirlər. Bəzi ölkələrdə isə daha uzağa gedərək, belə tənqidləri hətta cinayət hesab etməyə cəhd göstərənlər də var.

Siyasi tədqiqatçı Ceyms Petras bu haqda öz narahatçılığını bildirərək qeyd edir ki, “həm Birləşmiş Ştatlarda, həm də Fransada qanunvericilik antisionizm ilə antisemitizmi eyniləşdirməyə hazırlaşır. Bu ölkələrdə qanunvericilik İsrailin qəddarlığı haqqında öz fikrini ifadə etməyi də və ABŞ-ın Yaxın Şərq siyasətinə Lobbinin nəzarətini tənqid etməyi də “cinayət” hesab edərək məsuliyyətə cəlb etməyə hazırlaşır”.

Dünyada “söz azadlığını” təbliğ edən ABŞ demokratiyasının mahiyyəti budurmu? “Söz azadlığı” bəhanəsi ilə digər xalqların mənəviyyatını, özünəməxsusluğunu, adət-ənənəsini tənqid etməyə, müqəddəslərinə təhqiredici filmlər, karikaturalar çəkməyə yol verildiyi halda, bəşəriyyətə qan və dağıntı gətirən sionizm kimi siyasi ideologiyanı tənqid etmək böyük cinayətdirmi?!

Məgər Dünya sionizm liderlərinin insan hüquqlarına zidd olan irqçi çıxışlarını heç eşitmirmi? Məsələn, İsrailin keçmiş baş naziri Ariel Şaronun “İsrailin və onun rəhbərlərinin vəzifəsidir ki, zamanla yaddan çıxmış müəyyən faktları ictimaiyyətə aydın və cəsarətlə izah etsinlər.

Bunlardan birincisi odur ki, Ərəblərin zorla köçürülməsi və onların torpaqlarının əlindən alınması olmazsa nə Sionizm, nə məskunlaşma, nə də Yəhudi dövləti ola bilməz” kimi ifadələrindən xəbərsizdirmi? Məgər bu cür sözləri deyən bir dövlətin rəhbərinə haqq qazandırmaq olarmı?

Sionistlərin planı bugün bütün dünyanı xaosa sürükləyərək öz hədəf və məqsədlərini həyata keçirməkdir. Bunların əsas hədəfləri isə məhz İslam və Müsəlmanlardır.

Bugün hegamon dövlətlərin və İsrail Sionist rejiminin qarşısında yeganə maneə və onları öz maraq və hədəflərini həyata keçirməyə imkan verməyən yeganə dövlət məhz İran İslam Respublikasıdır. İran həmişə həqiqəti olduğu kimi dediyi üçün qlobal düşmənlərin hədəfinə çevrilib.

Bugün Suriyada gedən oyunlar hamısı İran üçündür. İranı öz qarşılarında maneə bildikləri üçün min bir bəhanə ilə İranı sarsıtmaq və məhv etmək istəyirlər. Ancaq sən saydığını say, gör fələk nə sayır.

İrana qarşı xeyli sanksiyalar tətbiq etdilər heç bir xeyri olmadı. Əksinə bundan xeyr görən İran və ziyan görən isə hegamon dövlətlər oldu. İndi isə başda İsrail olmaqla bir sıra hegamon dövlətlər İranı hərbi hücumlar ilə təhdid edirlər.

İranın guya nüvə texnalogiyasından nüvə silah yaratmaq istədiyini bəhanə gətirən bu dövlətlər İrana qarşı hərbi hücum təhdidləri edirlər. İran isə dəfələrlə Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan dövlət kimi dinc məqsədlər üçün nüvə texnalogiyasından istifadə etməyə tam haqqı olduğunu bildirib. İrana qarşı ola biləcək hər hansı bir hücuma isə ölümcül cavab verəcəklərini bildiriblər.

Maraqlı burasıdır ki, İsrailin özü xeyli nüvə başlıqlarına sahib olduğu halda və bir dəfə də olsun beynəlxalq atom enerjisi müfəttişlərinin öz nüvə obyektlərini təftiş etməyə icazə vermədiyi halda digər dövlətləri nüvə enerjisindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edir.

Bugün dünyanın bir problemi var: İsrail Sionist rejimi. Bugün dünya probleminin həllinin bir yolu var: İsrail Sionist rejiminin yer üzündən silinməsi.

ISLAMTIMES – RƏHİM
Source : İslamtimes
Comment