0
Tuesday 26 August 2014 - 22:20

Famil Şükürova hökm oxundu

Story Code : 406987
Famil Şükürova hökm oxundu
Famil Şükürova hökm oxundu
İslaminsesi.az-ın yaxınlarına istinadən verdiyi xəbərə görə, prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra hakim hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, F. Şükürov və onunla birgə həbs edilən daha iki nəfər 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, proses iştirakçıları və məhkumların yaxınları hökm elan olunandan sonra hakimə etiraz ediblər, məhkəmənin sifarişli və ədalətsiz olduğunu, yalançı şahidlərin üzə durduqlarını bildiriblər.

Qeyd edək ki, Famil Şükürov fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra saxlanılıb. Daha sonra partiya funksioneri barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqı Daxili İşlər Nazirliyi aparıb. Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. Nəhayət 3 aya yaxın davam edən məhkəmə prossesi bu gün sona yetdi.
Source : Islaminsesi
Comment