0
Friday 18 April 2014 - 15:08

Şeyx nədən ehtiyatlanır?

Story Code : 374542
Şeyx nədən ehtiyatlanır?
Şeyx nədən ehtiyatlanır?
Bu arada verilən xəbərlərə görə Suriyada döyüşdən qayıdan Azərbaycan vətəndaşı Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Əhməd Həsənov Suriyada döyüşdüyü üçün 279-cu maddə ilə ittiham olunaraq həbs olunan ilk Azərbaycan vətəndaşıdır, düzdür bir müddət əvvəl Sumqayıtda Əhmədin cihad yoldaşlarından iki nəfər də həbs olunmuşdu, ancaq onlar ictimai sabitliyi pozmaqda ittiham olunurdu. Bu artıq Azərbaycan hakimiyyətinin Suriyada döyüşən vətəndaşlara qarşı gördüyü əməli tədbirdir ki, təqdirə layiq hesab olunmalıdır. Buna real iş deyə bilərik, lakin onu da qeyd etmək lazımdır ki, bu cür vətəndaşların sayı çoxdur. Belələri ilə bağlı QMİ sədri Allahşükür Paşazadə tez tez səfərlər edib, tədbirlər keçirir ki, bu gün də həmin tədbirlərdən biri təşkil olunub. Aprelin 17-də QMİ-in Qazılar Şurasının iclasında Şeyx, Azərbaycanda dini tolerantlığı pozmaq istəyən qüvvələrin mövcudluğundan bəhs edib, lakin bu dəfə də QMİ sədri fikirlərini mücərrəd formada ifadə edərək konkret ünvan göstərməyib. Əlbəttə vəhabi, nurçu və bu kimi bəzi radikallara ehyam edir, lakin cəmiyyət daha konkret fikirləri eşitmək istəyir. Bir neçə gün əvvəl QMİ-in mətbuat katibi Rəhimə Dadaşovanın verdiyi bəyanata nurçular tərəfindən mətbuatda və sosial şəbəkələrdə sərt təpki gələndən sonra QMİ yetkilisinin verdiyi açıqlamaları təkzib etməsi barədə xəbərlər yayıldı. Belə çıxır ki, Şeyx ehtiyatlı olmağı özü üçün bir məcburiyyət bilir, deməli hələ o qədər güclü deyil ki, açıq danışmağa cəsarət etsin.
Source : İslamtimes
Comment