0
Friday 5 September 2014 - 14:32

Nicat Əliyevin həbs müddəti 2 ay artırıldı

Story Code : 408346
Nicat Əliyevin həbs müddəti 2 ay artırıldı
İslamazeri.az-ın verdiyi xəbərə görə, proses Sabunçu rayon Məhkəməsində keçirilir. Müxbirimizin verdiyi xəbərə görə iclas artıq başlayıb. Lakin jurnalistlər məhkəmə iclasına buraxılmayıblar.

Məhkəmə prosesi jurnalist Nicat Əliyevin kamerasında mobil telefon tapılması ittihamı ilə bağlıdır.

Xatırladaq ki, jurnalist Nicat Əliyev qanunsuz olaraq narkotik vasitə saxlamada; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Source : Islamazeri
Comment