0
Monday 31 August 2009 - 22:49

KRALLIQDA PARÇALANMA

Story Code : 10868
KRALLIQDA PARÇALANMA
Bu yaxınlarda, ortaya çıxan ikitirəlik özünün pik nöqtəsini nümayış etdirdi. Vaxtilə ABŞ-da səfir işləmiş şahzadə Bəndər Bin Soltanın hazırki, kral Məlik Abdullaha qarşı nakam dövlət çevrilişi etdi. Ancaq o zamandan, artıq neçə həftədir ki, onun harada olması bəlli deyil. 11 il ABŞ-da səfir işləmiş Bəndər Bin Soltanın taleyi hamıdan çox ABŞ-ın özünü narahat etməyə bilməz. Çünki, Bin Soltan Corc Buşun "yaxın dostu", başqa sözlə desək Amerikanın qulağı sırğalı qulu idi. Əlbəttə bu sözlərdən elə anlaşılmasın ki, biz kral-Məlik Abdullahın tərəfin saxlamaq niyyəti ilə bu sözləri deyirik, yox əsla, sadəcə bunlar fakt olduğundan demək məcburiyyətindəyik. Qaldı ki, Kral Abdullaha, Səudiyyə Ərəbistanın artıq yüz illər boyudur ki, təkcə Abdullah yox ümumiyyətlə bu ailə Hicaz xalqına qan uddurmaqdadırlar. Hazırda bu diktatura rejiminin başında məhz elə Kral Abdullah durmaqdadır.
Hal hazırda Amerikanın müttəfiqi kimi tanınan, bu rejimdə yaşanan və günbəgün artan qarşıdurmalar elə Amerikanın özünü narahat etməkdədir ki, olmaya birdən hansısa demokratik cərəyanlar bu ikitirəlikdən istifadə edib, bu ölkədə yeni bir demokratik dövlət qurmağa can atarlar.
Axı onlara müsəlman ölkələrinin başında duran əyyaş insanlar lazımdır. Onlara Əərəbistan şahzadələrindən sayılan İbni Səd kimi 22 arvadı olan insanlar lazımdır ki, ağıllı insanlar gəlib öz sərvətlərinə və milli maraqlarına yiyə çıxmasınlar.
Author : Mirhüseyn Haşimi
Source : Faktxeber.com
Comment