0
Thursday 28 August 2014 - 16:26

Naxçıvanın yeni “sürpriz”i

Story Code : 407185
Naxçıvanın yeni “sürpriz”i
Naxçıvanın yeni “sürpriz”i
Son günlər isə məlum oldu ki, bu tarixi diyarda orta əsr ənənələri hələ də davam edir və 21-ci əsrə qədəm qoymaq qadağandır. Belə ki, hüquq müdafiəçisi Ilqar Nəsibov Naxçıvanda vəhşicəsinə döyüldü. Naxçıvan iri addımlarla Bakını qabaqlayır. Bakıda 60 yaşlı hüquq müdafiəçisini həbs edirlər, Naxçıvanda isə qanına qaltan edirlər. Bütün bu “sürpriz”lərin təsirindən oyanmamış eşitdik ki, Naxçıvanda jurnalist qıtlığı yaranacaq.

Belə ki, Naxçıvan Dövlət Universiteti jurnalistikaya qəbul olmuş yeganə tələbəsindən məhrum olub. Yəni bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq. Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyini açıqlayıb.

Bu diyarda jurnalist olmaq istəyənlər arzularına “redaktə” etməli olub. Çünki, Vasif müəllimin səltənətində izahat istəyənlər, baş verənləri ictimailəşdirənlər “padşahın düşmənləri” siyahısına daxildir.

Vasif müəllimə təklif edərdim ki, 2-ci, 3-cü, 4-cü kurslar da ləğv olunsun. Təhlükəni vaxtında boğmaq lazımdır. Bir də gördün bu jurnalistlərdən biri abır-həyadan keçib “Vasif müəllim filan villanı hansı pulla almısınız” kimi suallar verdi. Allah eləməsin, birdə gördün ki, jurnalistin biri vəhşicəsinə döyülmüş Ilqar Nəsibovun şəklini çəkib, aləmə yaydı. Sirrimizi düşmənlərə aşkar elədi.

Ona görə də həmin jurnalisti peşə fəaliyyətinə görə vəhşicəsinə döyməkdənsə, vaxtında bu adamları jurnalist adından məhrum etmək lazımdır. Inanmıram ki, bu təşəbbüsə görə “Şöhrət” ordenli rəhbəri qınayan tapılsın.

Ümumiyyətlə, Universitetin hüquq fakültəsini də bağlamaq lazımdır. Leyla Yunus, Intiqam Əliyev, Qurban Məmmədov və digər “düşmən dəyirmanına maye axıdan” hüquqşünaslardan canınız yeni qurtarıb. Yenidən balaca Leyla Yunuslar yetişdirib, özünüzü beynəlxalq təşkilatların çirkli hesabatlarına salmayın.

Hesab edirəm ki, analoqu olmayan hökumətimizin hüquqşünasa və jurnalistə qətiyyən ehtiyacı yoxdur. Çünki, hakimiyyətin istədiyi kimi hüquqşünas, jurnalist olmaq üçün təhsilə ehtiyac yoxdur. Onsuz da, rejimin hüquqşünasları və jurnalistləri oxuduqlarının əksini sübut etməkdə görəvlidilər. Nə rejim jurnalistinin azad sözə xidmətə, nə də rejim hüquqşünasının beynəlxalq hüquq normalarına əməl etməsinə ehtiyac yoxdur.

Bir halda ki, hüquqşünas sifarişlə qərar çıxaracaq, jurnalist zorakılığı çiçəklənmə kimi qələmə verəcək, təhsilə nə ehtiyac var?

Ona görə də Naxçıvan Dövlət Universitetində bu il 1-ci kursun olmamasını alqışlayıram və rejimin “xidməti” kimi dəyərləndirirəm.

Amma bu hadisənin başqa tərəfi də ola bilər. Yəqin gənclər müşahidə edirlər ki, Azərbaycanda ləyaqətli jurnalsit olmaq, döyülməyə, öldürülməyə, həbs olunmağa şərait yaradır. Digər tərəfdən, ölkəmizdə jurnalistin yaltaq, yalançı, böhtançı təbəqəsi formalaşıb. Və adamlar Etibar Hüseynovların, Elşən Musayevlərin, Ibrahim Məmmədovların özünü “sınadığı” sahəyə girişmək istəmirlər.

Bir sözlə, bu il Naxçıvanda azad sözün, şəffaf xəbərin, izahat istəmənin 1-ci sinifi olmayacaq. Naxçıvanı Azərbaycanın loboratoriyası da adlandırırlar. Yəqin Bakıda da bu “yenilik” uğurla davam etdiriləcək və jurnalistika fakültəsinə qəbul olub, ixtisasını dəyişmək istəyən tələbələr “prezident təqaüdü” alacaq. Çünki, onlar izahat istəməkdən imtina etməklə, rejimə sevinc bəxş edəcəklər.
İlham Hüseyn/azadlıqSon günlər isə məlum oldu ki, bu tarixi diyarda orta əsr ənənələri hələ də davam edir və 21-ci əsrə qədəm qoymaq qadağandır. Belə ki, hüquq müdafiəçisi Ilqar Nəsibov Naxçıvanda vəhşicəsinə döyüldü. Naxçıvan iri addımlarla Bakını qabaqlayır. Bakıda 60 yaşlı hüquq müdafiəçisini həbs edirlər, Naxçıvanda isə qanına qaltan edirlər. Bütün bu “sürpriz”lərin təsirindən oyanmamış eşitdik ki, Naxçıvanda jurnalist qıtlığı yaranacaq.

Belə ki, Naxçıvan Dövlət Universiteti jurnalistikaya qəbul olmuş yeganə tələbəsindən məhrum olub. Yəni bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq. Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyini açıqlayıb.

Bu diyarda jurnalist olmaq istəyənlər arzularına “redaktə” etməli olub. Çünki, Vasif müəllimin səltənətində izahat istəyənlər, baş verənləri ictimailəşdirənlər “padşahın düşmənləri” siyahısına daxildir.

Vasif müəllimə təklif edərdim ki, 2-ci, 3-cü, 4-cü kurslar da ləğv olunsun. Təhlükəni vaxtında boğmaq lazımdır. Bir də gördün bu jurnalistlərdən biri abır-həyadan keçib “Vasif müəllim filan villanı hansı pulla almısınız” kimi suallar verdi. Allah eləməsin, birdə gördün ki, jurnalistin biri vəhşicəsinə döyülmüş Ilqar Nəsibovun şəklini çəkib, aləmə yaydı. Sirrimizi düşmənlərə aşkar elədi.

Ona görə də həmin jurnalisti peşə fəaliyyətinə görə vəhşicəsinə döyməkdənsə, vaxtında bu adamları jurnalist adından məhrum etmək lazımdır. Inanmıram ki, bu təşəbbüsə görə “Şöhrət” ordenli rəhbəri qınayan tapılsın.

Ümumiyyətlə, Universitetin hüquq fakültəsini də bağlamaq lazımdır. Leyla Yunus, Intiqam Əliyev, Qurban Məmmədov və digər “düşmən dəyirmanına maye axıdan” hüquqşünaslardan canınız yeni qurtarıb. Yenidən balaca Leyla Yunuslar yetişdirib, özünüzü beynəlxalq təşkilatların çirkli hesabatlarına salmayın.

Hesab edirəm ki, analoqu olmayan hökumətimizin hüquqşünasa və jurnalistə qətiyyən ehtiyacı yoxdur. Çünki, hakimiyyətin istədiyi kimi hüquqşünas, jurnalist olmaq üçün təhsilə ehtiyac yoxdur. Onsuz da, rejimin hüquqşünasları və jurnalistləri oxuduqlarının əksini sübut etməkdə görəvlidilər. Nə rejim jurnalistinin azad sözə xidmətə, nə də rejim hüquqşünasının beynəlxalq hüquq normalarına əməl etməsinə ehtiyac yoxdur.

Bir halda ki, hüquqşünas sifarişlə qərar çıxaracaq, jurnalist zorakılığı çiçəklənmə kimi qələmə verəcək, təhsilə nə ehtiyac var?

Ona görə də Naxçıvan Dövlət Universitetində bu il 1-ci kursun olmamasını alqışlayıram və rejimin “xidməti” kimi dəyərləndirirəm.

Amma bu hadisənin başqa tərəfi də ola bilər. Yəqin gənclər müşahidə edirlər ki, Azərbaycanda ləyaqətli jurnalsit olmaq, döyülməyə, öldürülməyə, həbs olunmağa şərait yaradır. Digər tərəfdən, ölkəmizdə jurnalistin yaltaq, yalançı, böhtançı təbəqəsi formalaşıb. Və adamlar Etibar Hüseynovların, Elşən Musayevlərin, Ibrahim Məmmədovların özünü “sınadığı” sahəyə girişmək istəmirlər.

Bir sözlə, bu il Naxçıvanda azad sözün, şəffaf xəbərin, izahat istəmənin 1-ci sinifi olmayacaq. Naxçıvanı Azərbaycanın loboratoriyası da adlandırırlar. Yəqin Bakıda da bu “yenilik” uğurla davam etdiriləcək və jurnalistika fakültəsinə qəbul olub, ixtisasını dəyişmək istəyən tələbələr “prezident təqaüdü” alacaq. Çünki, onlar izahat istəməkdən imtina etməklə, rejimə sevinc bəxş edəcəklər.
İlham Hüseyn/azadlıq
Source : Azadliq
Comment