0
Monday 31 March 2014 - 01:01

Türkiyə bir daha Ərdoğan hakimiyyətinə etimad göstərdi

Story Code : 367784
Türkiyə bir daha Ərdoğan hakimiyyətinə etimad göstərdi
Türkiyə bir daha Ərdoğan hakimiyyətinə etimad göstərdi
Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin izlənilməsində və işıqlandırılmasında Azərbaycan mətbuatı türk mediasından heç də geridə qalmır.

Bunun qardaşlıq səbədindən başqa bir də batini səbəbləri var. Birincisi, bu bələdiyyə seçkiləri Türkiyənin özündə də diqqətlə izlənilir, önəm verilir, çünki Ərdoğan hakimiyyətinin vəziyyəti birmənalı deyil.

İkincisi, Azərbaycanda İlham Əliyevin “nurçu”larla bağlı son davranışına səbəb olan əsas amil bu idi ki, Ərdoğan seçkidən qalib çıxması haqqında ciddi proqnozlar Azərbaycan prezidentinə təqdim olunmuşdu və İlham Əliyev iqtidarını qoruyan türk hakimiyyəti ilə münasibətini korlamaq istəməz. Buna görə də Ərdoğanın şanslı olduğu bələdiyyə seçkilərini Azərbaycan mətbuatı da yaxından izləyir.
Source : Islamtimes
Comment