0
Friday 29 August 2014 - 01:07
Şəhid dünyagörüşü 32

Yeganə nicat yolu

Story Code : 407167
Şəhid Rəcayi və Şəhid Bahünər
Şəhid Rəcayi və Şəhid Bahünər
“Nicat yalnız təqva sayəsindədir. Təqva isə haqq aşiqlərinin keçə biləcəyi yeganə yoldur. Əmirəlmöminin Əli (ə) təqvanı cəsur əsgərlərin mühafizə etdiyi möhkəm qalaya bənzədir. Qala da öz növbəsində onları mühafizə edir. Yəni, mühafizə ikitərəfli və qarşılıqlıdır. Şəxs öz təqva və pəhrizkarlığını müdafiə etdiyi zaman, o da təqvalı şəxsi günahlardan qoruyaraq ona ismət məqamı (günah müqabilində) bəxş edər. Tarixi müşahidələr göstərir ki, dahi insanlar təqva libasına bürünərək öz cəmiyyətlərinin həlakətə yuvarlanmasının qarşısını almışlar. Bir çoxlarıda tam əksinə rəftar edərək nəinki təqva libasını geyinməmiş hətta insanlıq libasını soyunaraq özlərini, ətraflarını, cəmiyyətlərini dünya və axirət atəşinə atmışlar. Həzrət Yusif (ə), Musa (ə), İsa (ə), həzrət Məhəmməd (s) və İmam Xomeyni kimi dahi insanlar birinci qrupa aşkar və aydın nümunədirlər.

İkinci qrupa isə Çingizxan, Hitler, Lenin və Səddamı aid etmək olar. Onların metodları fərqli olsa da bir nöqtədə ortaq idilər. Hamısı insanlıq yolundan çıxaraq təqvaya yiyələnməyin yolunu yalnız müharibədə görürdülər.

Bəzən müharibə və cihad kafir düşmən qarşısındadır. Belə döyüşdə bütün səy və cəhdin rəqibin qanını yerə tökmək olmalıdır. Bəzən isə döyüş daxili cəbhədə və batindədir ki, Peyğəmbər (s) onu “Böyük cihad” adlandırmışdır. Bu cihadda isə düşmən insanın öz nəfsidir. Nəfslə döyüş bir an belə səngiməyən daimi döyüşdür. Hər an şeytan və “əmmarə” (insanı pisliklərə sövq edən) nəfs tərəfindən olan həmlələri insan dəf etməlidir. İnsan diqqətli və səbrli olub döyüşü davam etdirərsə Allah da ona yardım edəcəkdir. Çünki, Allah Quranda buyurur: “Hər kəs Mənə yardım etsə Mən də ona kömək və yardım edərəm”. İnsan məhz Allahın yardımını qazandıqdan sonra əbədi hidayətə nail olur”.

İran - Şəhid Seyid Cəlal Xoş
Source : Islamtimes
Comment