1
Monday 10 March 2014 - 14:14

Gülən CIA-ya hesabat verir

Story Code : 359963
Gülən CIA-ya hesabat verir
Gülən CIA-ya hesabat verir
1990-cı illərdə Gülən camaatının ən tanınmış şəxslərindən olan keçmiş Jurnalistlər və Yazarlar Vəqfi sədri Latif Ərdoğan “A Xəbər”də yayımlanan “Deşifrə” proqramında Fəthullah Gülənlə əlaqədar şok açıqlamalar verdi. İllər əvvəl Gülənin bir söhbət əsnasında orada olanların hüzurunda “Mən Allahla görüşdüm” dediyini qeyd edən Ərdoğan bunları dedi: “Gülən mənə Allah ilə danışdığını söylədi. “Doğrudur, bu kainatı Hz. Məhəmməd (s.a.s) üçün yaratdım, amma sənin üçün davam etdirirəm”\'dedi. Məsələn, “Məni hirsləndiyim zaman çöldə fırtına olar, mən hirsləndiyim zaman qasırğa olar” demişdir. Bunu cəmiyyət bilir. Daha sonra cox təkrar edib. Lakin biz bu fikirlərinə görə onu mühakimə etmədik. Bunu inanc halına gətirdikdə isə təhlükəli olmağa başladı...”
Bir zamanlar Gülənin ən yaxınındakı şəxs olaraq bilinən və təxminən 10 ildir Gülən hərəkatından uzaq dayanmağı seçən Ərdoğan onun yanında keçirdiyi illəri “itirilmiş illər” olaraq xarakterizə etdi. Gülənin Savaş Aya illər əvvəl verdiyi bir müsahibədə “Cəbrayıl (ə) partiya qursa, səs vermərəm” deməsiylə əlaqədar olaraq isə Ərdoğan “Fərz etməsi mümkünsüz belə olsa ədəbə ziddir. Onun belə sözləri çoxdur. O mövqenin sahibi olmadığı halda deyilən sözlərdəndir” dedi.

CIA zamin oldu
Gülənə ABŞ-da yaşamaq vizası yerini verən “yaşıl Kartın verilməsi üçün üç CIA agentinin məhkəmədə zamin olduğu fikrinə münasibət bildirən Latif Ərdoğan içində yəhudilərin də olduğu bir qrupun Gülənə zamin olması “imic yaratma işi” olduğunu söylədi. Eyni vəziyyətin bəzi beynəlxalq nəşrlər tərəfindən Gülənin “yaşayan ən əhəmiyyətli intellektuallar arasında göstərilməsi” hadisəsində də etibarlı olduğunu ifadə edən Ərdoğan “Bu növdən siyahılara girməklə nə qazandı? İmic çalışması üçün mütəşəkkil şəkildə belə şeylər edilir. Keçmişdə bu kimi vəziyyətləri məcburiyyət da olsa xeyirə yoza bilərdik amma son hadisələrdən sonra bu qeyri-mümkün hala gəldi” dedi.

Şəxsiyyətini itirdi
1999 -cu ildən bəri ABŞ-da yaşayan Gülənin yəhudi bir CIA məmuruna müəyyən zaman daxilində hesabat təqdim etdiyini söyləyən Ərdoğan “Baş verən hər hadisəylə əlaqədar hesabat verdiyini dəfələrlə özündən eşitmişəm. ABŞ-da yaşadığı müddətcə anti-ABŞ, anti-İsrail düşüncəsində olması mümkün deyil. Gülən çox istiqamətli bir əsarət altındadır. Şəxsiyyətini itirdi. Ölkəsindən uzaqlaşdıqca insan nələr itirdiyinin fərqində olmur. Əvvəllər İslam aləmi üçün gözyaşı tökən bir insan artıq bunu əhəmiyyətli hesab etməz hala gəlirsə, şübhəsiz ki, bu bir deqradasiyadır” deyə danışdı. Gülənin hərəkat mənsublarının onu “Mehdi” olaraq görməsini və özünə “kainat imamı” dedirtməsinin də gülünc olduğunu dilə gətirdi.

Risaleyi-Nur unudulur
Fəthullah Gülənin Bədiüzzaman və Risaleyi- Nurdan uzaqlaşdığını ifadə edən Ərdoğan “Bu gün gəlinən nöqtədə ciddi bir layihə var. Bədiüzzaman və Risaleyi-Nurdan bilərək uzaqlaşdırılır. Hoca Əfəndi Risaleyi-Nurun müqəddəsliyini sui-istifadə etdi. Gülən camaatı bunun sayəsində böyüdü. Geniş kütlələrə çatdı. Əgər Gülən o metodu istifadə etməsəydi məscid camaatının xaricinə çıxa bilməzdi. Ondan daha yaxşı natiqlər də vardı” ifadələrini istifadə etdi.

Gətirməyə getdim, nəzarətə aldılar
8 il əvvəl Güləni Türkiyəyə gətirmək niyyəti ilə ABŞ-a getdiyini deyən Latif Ərdoğan hələ təyyarədə ikən ABŞ vizasının ləğv edildiyini, buna görə aeroportda nəzarətə alındığını və Gülənlə görüşə bilmədən Türkiyəyə geri döndüyünü izah etdi. Ərdoğan “Onunla görüşməyə getməyim üçün mənə dəfələrlə zəng edən Gülən o gündən bəri bir dəfə də olsun məni arayıb-sormadı”. Gülənin ölkəyə dönməsinə özü tərəfindən maneə törədildiyini dilə gətirən Ərdoğan “Onu gətirmək üçün ABŞ-a getdiyimi telefonda bəzilərinə söyləmişdim. Təbii telefonlarım dinlənilirdi. Yəni bu niyyətimi bəziləri bilirdi. Mənə buna görə maneə törətmiş ola bilərlər” ifadələrini istifadə etdi.

“Qərarlar əvvəl mənə gəlir”
Təxminən 15 il əvvəl də telefonlarının Gülən tərəfindən dinlədildiyini qeyd edən Ərdoğan “Gülən mənə “Sənin telefonlarını 15 ildir dinlədirəm . Xidmət hərəkatını təmsil etdiyin üçün, mövqenin gərəyi belə edirəm. Haqqını halal et” dedi. Hoca Əfəndinin bir dinləmə mexanizminin olduğu hər kəsə məlumdur. Hələ Türkiyədəykən “Baş qərargahda verilən qərarlar Respublika prezidentinə imzalanmaq üçün getmədən öncə mənə gəlir” deyirdi kimi şok iddialar irəli sürüb.
Source : Islamtimes
Comment