0
Wednesday 23 July 2014 - 01:21

Bakıda daha bir Qarabağ qazisi özünü yandırdı

Story Code : 400966
Bakıda daha bir Qarabağ qazisi özünü yandırdı
Bakıda daha bir Qarabağ qazisi özünü yandırdı
Ötən gün Bakının Xəzər rayonu ərazisində ağır intihar hadisəsi baş verib. Xəzər rayon prokurorunun köməkçisi İlqar Hacızadənin verdiyi məlumata görə, hadisə axşam saaatlarında Buzovna qəsəbəsi Ordubadi küçəsi 29 ünvanında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Əli Ənvər oğlu Həsənov üzərinə benzin tökərək özünə od vurub. Hadisə insanların gözü qarşısında baş verib. Dəhşətli hadisədən sonra Əli Həsənovun bədəni bütünlüklə yanıb. Ağır yanıq xəsarətlərilə xəstəxanaya aparılarkən Ə.Həsənov yolda ölüb.

Qeyd edək ki, Əli Həsənov Qarabağ müharibəsi iştirakçısı olub. Döyüşlərdə kontuziya alıb. Ə.Həsənovun evi, ailəsi olmayıb.

“Nə ailəsi olub, nə evi, nə də valideynləri. Qohumlarının evində qalırmış. Hərə onu evində bir gün növbə ilə saxlayırmış”, – deyə İlqar Hacızadə bildirib.(ans)
Source : Ans
Comment