0
Wednesday 3 April 2013 - 17:53

Yeni il İran üçün beynəlxalq əlaqələrdə uğur ili olacaq

Story Code : 251223
Yeni il İran üçün beynəlxalq əlaqələrdə uğur ili olacaq
Salehinin mətbuatda gedən son müsahibəsində xarici işlər naziri deyir: “İran İslam İnqilabı müasir dövrün böyük tarixi hadisələrindəndir. Bu hadisə 12 fərvərdində baş vermişdir. Həmin gün inqilab qalib gəlmiş və bu gün bəşəriyyətin yaddaşına həkk olunmuşdur. İnqilabımızın əhəmiyyəti dünya ictimaiyyəti üçün hər gün daha artıq aydın olur.”
 
Salehi regionda baş verən son hadisələrlə bağlı deyib: “Gündəmdə olan İslam oyanış hərəkatı bizim inqilabımızın, 12 fərvərdinin bəhrələrindəndir. İnqilab məntəqə xalqlarında bir oyanış yaratdı və inqilabi düşüncə bütün regionda hərəkatla müşayiət olundu.”
 
Salehi müsahibədə bildirib ki, siyasi uğurlar iqtisadi uğurlardan ayrı deyil: “Əgər xarici və daxili siyasət düzgün tənzimlənməsə bu iqtisadi vəziyyətə də təsir göstərəcək. Buna görə də həm xarici siyasətdə, həm də ölkə daxilində düzgün proqramlaşdırılma aparılmalıdır.”
 
Salehi bir mövzu üzərində dayanıb: “Təfriqə və parçalanmadan çəkinmək, inqilabın əvvəlindəki birliyi təkrarlamaq lazımdır. Düşmənlər əl-ələ verib problem yaratmaq istəyindədir. Biz ötən il buna şahid olduq. Allahın lütfü ilə düşmənlər məqsədə çata bilmədi.”
 
Salehi ölkədə baş verən hadisələrdə xalqın dövlətə dəstəyini xüsusi qiymətləndirib. O qeyd edib ki, İran İslam Respublikasının varlığı və uğurları xalqın iradəsinə bağlıdır. Xarici işlər naziri rəhbərin himayəsi altında uğurlara zəmanət verildiyini dilə gətirib. O deyib: “Qarşıdakı ildə daha da qətiyyətlə hərəkət edəcəyik və Allahın izni ilə əmin olmalıyıq ki, bu il ötən 34 ilin uğurlu nəticəsi olacaq.”
 
Salehi deyib: “Uğur üçün şərt budur ki, rəhbərin tövsiyyələrinə ləbbeyk deməklə cavab verilsin. Biz öz rəhbərimizlə fəxr etməliyik. Dünyada onun oxşarı yoxdur. Siyasət və iqtisadiyyatda qəhrəmanlıq yaratmaq üçün rəhbərin tövsiyyələri əvəzolunmazdır.”
 
Xarici işlər naziri bildirib: “Yeni il (şəmsi 1392-ci il) elə bir il olacaq ki, inkişafımızda yeni bir mərhələyə qədəm qoyacağıq.”
 
Xarici işlər naziri vurğulayıb ki, hazırda İslam Respublikası sıçrayış kürsüsündədir. O dövlətin yeni ildə inkişaf zirvəsinə çatacağını bildirib. Salehi deyib: “Əlbəttə ki, düşmən sakit oturmayıb. Amma məsulların təlaşı ilə rəhbərin tövsiyyələrini əsas tutaraq irəli gedəcəyik.”
 
Salehi əlavə edib: “Xalq dövləti nə qədər çox himayə etsə, beynəlxalq aləmdə də uğurlarımız bir o qədər çox olacaq.”
 
Salehi xalqın siyasi problemləri düzgün qiymətləndirməsini və Qərbin təbliğatına uymamasını mühüm sayıb və deyib: “Qərb mətbuatı daim xeyiri şər əvəzinə göstərməyə çalışır. Məhz bu məqamda Əhli-Beytin bərəkəti, ilahi bəsirət sayəsində şeytani təbliğatları aşıb məqsədə çata bilərik.”
 
Salehi beynəlxalq rabitələrin gücləndirilməsini mühüm sayıb. O deyib: “Xalqımız bəsirətlidir, uzaqgörəndir, bununla belə daim oyaq olmaq lazımdır. Əgər biz böyük rəhbərin tövsiyyələrinə diqqətlə əməl etsək və bir olsaq heç bir zərər görməyəcəyik.”
 
Salehi deyib: “Elə bir gün yoxdur ki, xarici mətbuatda İranla bağlı mövzular başlıqda yer almasın. Bu onu göstərir ki, batil cəbhə İranın qüdrəti qarşısında qorxu keçirir. Güclənməkdə olan İran İslam Respublikası dünya məzlumlarını himayə edir və bu işdə kimsədən çəkinmir.”
 
Salehi bildirib ki, İran İslam Respublikası beynəlxalq sionizm və imperializm qarşısında dayanıb və sahədə böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə artıq Qərb İranın Yaxın Şərqdə super güc olduğunu qəbul edib və bu səbəbdən İranla müzakirələrə can atır. 
Comment