0
Friday 10 August 2012 - 12:09

Myanmar qətliamında sionist dəstxətti

Story Code : 186370
Myanmar qətliamında sionist dəstxətti
Myanmar qətliamında sionist dəstxətti
O zaman yəhudilər İslamın cəmiyyətə hakim olan təlimlərindən xoflanaraq hər vasitə ilə təxribata çalışırdılar. Onlar İslamın məntiqi təlimlərinə qarşı xürafat əqidələrlə mübarizə aparırdılar. Bu yolla İslamın genişlənməsini əngəlləmək istəyirdilər. Amma bu planlar onları qane etmirdi və müsəlmanların qətliamına çalışırdılar.

Bu gün Myanmar və Birmada baş verənlər əslində İslam dininin əsaslarını aradan qaldırmaq məqsədi daşıyır. Qüdsi işğal edən, fələstinli müsəlmanların namusuna təcavüz edən sionizm bu gün də İslam və fələstinli müsəlmanları rəsmən tanımır.

Myanmarda uzun illər müsəlmanlar təzyiq altında yaşayıb. Hazırda bu ölkə başçıları açıq aşkar elan edirlər ki, müsəlmanların vətəndaşlıq hüquqları yoxdur. Myanmar başçıları bildirir ki, müsəlmanlar bu ölkənin köklü sakinləri deyil. Hansı ki, Myanmar müsəlmanları yüz illər öncə bu ərazidə yaşayıblar. Hakimiyyətin mövzuya bu baxışı radikal buddistləri müsəlman azlığına qarşı cinayətə sövq edib. İnsan haqqlarından danışan beynəlxalq təşkilatlar isə bu qanlı hadisələr qarşısında susur.

Bu gün Myanmarda baş verən hadisələr işğal olunmuş Fələstində baş verən hadisələrə bənzəyir. Myanmar qətliamını əsrin qətliamı adlandırmaq olar. Myanmar qətliamında özünü göstərən vəhşilik nümunələri yalnız sionistlərin təcavüzlərində müşahidə olunur. Hazırda Myanmarda buddizm sionizmlə eyni irqçi mövqedən çıxış edir. Hansı ki, qətlədən, yalandan, əxlaqsızlıqdan çəkinmək budda təlimlərindəndir. Buddizmdə insana mərhəmətdən ağız dolusu danışılır. Baş verən hadisələr isə budda təlimləri ilə tam ziddiyyətdədir.

Əzabın ağırlığı həmdərdlik vasitəsi ilə hiss olunur. Budda təlimlərində həmdərdlik xüsusi yer tutur. Bu təlimlərə əsasən, insan öz ətrafında çətinliyə düşənlərə kömək etməlidir. Budda deyir ki, yalnız həmdərdlik vasitəsi ilə insanın bəsirət gözü açıla bilər. Başqasının dərdinə şərik olmayan həqiqəti də görə bilməz. Buddanın sözlərinə görə həmdərdlik mehriban ana kimidir. O insanı aramlaşdırır, ümidsizliyi aradan qaldırır. Bəs necə olur ki, belə bəyanatlarla zəngin bir təlimin bayrağı altında günahsız insanlar, qadın və uşaqlar amansızlıqla qətlə yetirilir?

Buddizmdə şadlıq ainləri də var. Bu təlimlərə görə budda yolunu tutan insan başqalarının sevincinə şərik olur, hətta düşmənin şadlığı onun ürəyini açır. Bu təlimə görə buddist insan həsəddən uzaq olmalıdır. Bəs bugünki hadisələr nə deyir? Düşmənin sevincinə sevinməyi göstəriş verən buddizm bugünki qətliamlarla necə barışır?

Myanmarda müsəlmanların qətliamı Fələstində baş verən hadisələri təkrar yada saldı. Beynəxalq ictimaiyyətin sükutundan bəhrələnən İsrail Fələstində dinc insanlara qarşı tarixi qətliamlar törətdi. Tel-Əvivin cinayətləri bu gün də davam edir. Myanmarda gördüklərimiz həmin hadisələri yada salır.

Budda təlimləri Hindistandan bütün Asiyaya, Tibetə, Şri-Lankaya, Uzaq Şərqə, Çinə, Monqolustana, Koreyaya, Yaponiyaya yayılıb. Bu din pakların dini adlandırılır. Myanmardakı qətliam bu iddialara yaxşı cavabdır. Hər bir çirkin işdən çəkinməyə çağıran buddizm pərdəsi arxasında Myanmarda müsəlmanlar qətliam edilir.
Qadınlara ailələrinin gözü qarşısında təcavüz olunur, ifratçı buddistlər uşaqlara və qocalara rəhm etmir. Müsəlmanlar evlərindən çıxarılır, ya da təqiblər altında evlərini tərk edib Banqladeşə üz tuturlar. Təəssüf ki, orada da qaçqınlar üçün yer yoxdur.

Myanmarda müsəlmanlar üçün heç bir vətəndaşlıq hüququ tanınmır. Belə bir vəziyyət qarşısında beynəlxalq təşkilatlar sükut yolunu seçib. Evlər yandırılır, qətlə yetirilmiş insanlar doğranır. Ordu və polis nəinki qətliamın qarşısını almır, hətta ifratçıları himayə edir. Bütün bu cinayətlər müsəlman dünyasının oyanışı üçün bəs etmirmi? Bu qədər qətl-qarət, təcavüz, işgəncə, təhqir bəs deyilmi ki, müsəlmanlar öz haqqları uğrunda mübarizəyə qalxsınlar?!

Myanmar müsəlmanlarının yeganə günahı onların İslam dinində olmasıdır. Beynəlxalq təşkilatlar, hakimiyyət orqanları bu məzlum insanlara qarşı hansısa bir ittiham irəli sürə bilmir. Şeytan təəssübkeş cahillərin, ifratçıların əli ilə Myanmarda etiqadlı insanları oda çəkir. Myanmarda savaş din savaşıdır. Bu savaşda bir tərəfdə ifratçı buddistlər, digər tərəfdə zülmə düçar olmuş, heç bir müdafiə vasitəsi olmayan müsəlmanlar dayanır. Hər gün dünyanın müxtəlif nöqtələrində min bir bəhanə ilə müsəlmanlar qətlə yetirilir. Dünya imperializminin müsəlman ölkələrində törətdiyi cinayətlər deyilənlərə bir nümunədir.

İnsan haqqlarını şüar edənlər Allahdan və mənəviyyatdan xəbərsiz insanlardır. Şərqi Asiyada Myanmar adlı bir məmləkətdə minlərlə müsəlman vəhşicəsinə qətlə yetirilir. Burada siyasi mənafelər təsirsiz deyil. Hətta bu hadisələri dini qarşıdurma adlandırsaq yenə də hüquq müdafiəçilərinin sükutu başa düşülən deyil. Onlar heyvanlara can yandırdığı halda müsəlmanlara qarşı min bir bəhanə ilə təcavüz yolunu tutublar. Budur onların demokratiyası, insan haqqları! Bu gün dünyada şüar edilmiş insan haqqlarının arxasında heç bir mənəviyyat və etiqad yoxdur. İnsanları öldürür və bunlar myanmarlı deyil söyləyirlər. Əlbəttə ki, bu aşkar bir yalandır. 300-400 ildir bu insanlar orada yaşayır. Əgər bir xalq yerli əhali deyilsə qətlə yetirilməlidirmi? Qərblilər uzun müddətdir Myanmar və qonşu ölkələrdə öz çirkin siyasətlərini yerinə yetirirlər. Bu işdə ingilislər daha fəaldır. Qərblilər haraya qədəm qoydularsa, qan axıdıldı, qırğın törədildi. Onlar xalqlara və məmləkətlərə qazanc mənbəyi kimi baxırlar. İnsanları əsarət altına almaq üçün Quran və mənəviyyatı bir maneə sayırlar. Buna görə də etiqadlı xalqları təcavüzə məruz qoyur, mədəniyyət adlandırdıqları əxlaqsızlığa rəvac verməklə cəmiyyətin ruhunu öldürürlər. Şükürlər olsun ki, bir çox müsəlman xalqlar bu həqiqətləri anlayır. İran İslam Respublikası mənəviyyata əsaslanan bir mədəniyyət sorağındadır. Böyük rəhbərlik məqamı öz tövsiyəsində mənəviyyat meyarını gənclər üçün həyat meyarı kimi tanıtdırır.

Bəli, yalançı hüquq müdafiəçiləri qarşısında müsəlmanlar öz haqqını tələb etməlidir. Onlar yalnız öz mənafeləri uğrunda çalışırlar. Müsəlman şəxs susmamalı, insanlıq ləyaqəti uğrunda mübarizəyə qalxmalıdır. İslamda insanın məqamı çox yüksəkdir. Belə ki, bütün varlıq aləmi insan üçün yaradılmışdır. Allah-taala insan vücudunda elə istedadlar qərar vermişdir ki, insan ehtirama layiqdir. Hər bir şəxs peyğəmbər və övliyaların hidayəti sayəsində həmin istedadları çiçəkləndirib yüksək insani məqama çata bilər.

İnsanın uca şəxsiyyəti nəinki başqalarının haqqlarını tapdamağa icazə vermir, hətta bu haqqları qorumağı ona vacib sayır. Yer üzündə bütün müsəlmanlar bir-birlərinin haqqlarını və asayişini qorumağa borcludurlar. Heç kimə başqa birinin haqqını tapdamaq hüququ verilməyib. Həzrət Əli İslam hökuməti himayəsində yaşayan kafirə qarşı zülmü yolverilməz sayır.

İnsana ehtiram o qədər zəruridir ki, onun qətlindən danışmağa dəyməz. İslamda insan şəxsiyyəti yüksək dəyərləndirilir və ona qarşı hörmətsizlik yol verilməz sayılır. Qurani-kərimdə insanın qətli ilə bağlı buyurulur ki, günahsız insanı öldürən bütün insanları öldürmüş kimidir. Yəni bu gün Myanmardakı qətliam bütün dünya müsəlmanlarının qətli sayılmalıdır. Müsəlmanlar cismən də olmasa ruhən bu qətliamı yaşamalı, minlərlə günahsız müsəlmanın qırğınına biganə qalmamalıdırlar.
Comment