0
Tuesday 29 July 2014 - 09:47

HƏMAS 10 şəhid uşağın qisasını 10 sionist hərbçisini məhv etməklə aldı

Story Code : 402072
HƏMAS 10 şəhid uşağın qisasını 10 sionist hərbçisini məhv etməklə aldı
Fələstinin HƏMAS təşkilatının hərbi qanadı olan İzzəddin əl-Qəssamın bir neçə saat öncə Qəzzanın şərqində həyata keçirdiyi əməliyyat nəticəsində 10 İsrail rejimi hərbçisi məhv edilib.
Bu barədə Qəssam briqadasının yazılı açıqlamasında bildirilir: “Mücahidlərimiz Şücaiyyə məhəlləsi ilə sərhəddə İsrail ordusuna qarşı qəhrəmancasına bir əməliyyat həyata keçirdi və 10 İsrail hərbçisini məhv etdi. Mücahidlərimizin hamısı sağ-salamatdır”.
Digər tərəfdən İsrail rejiminin ordu sözcüsü Peter Lerner “Tvitter” hesabında belə bir əməliyyatın olduğunu təsdiqləyib, İsrail hərbçilərinin pusquya salındığını da bildirib. O, sionist hərbçilərinin öldürülməsi barədə heç bir açıqlama verməyib.
Bu arada HƏMAS artıq indiyə qədər İsrail rejiminin 92 hərbçisini məhv etdiyini bəyan edib. Bu saya, Fələstinin digər müqavimət qruplarının məhv etdiyi sionist hərbçilərinin sayı daxil deyil. 
Eyni zamanda HƏMAS-ın sözcüsü Əbu Zuhri bildirib ki, Şücaiyyənin şərqində həyata keçirilmiş əməliyyat uşaq parkında qətliam edilmiş uşaqların intiqamıdır. Eyni zamanda Əbu Zuhri İsrail rejiminin bütün şəhərlərinə raket zərbələrinin endirilməsinin davam etdiriləcəyini bəyan edib.  /Deyerler/
Comment