0
Wednesday 30 July 2014 - 10:48

Avropa Birliyi Rusiyaya qarşı üçüncü səviyyəli sanksiyalar tətbiq edib

Story Code : 402171
Avropa Birliyi Rusiyaya qarşı üçüncü səviyyəli sanksiyalar tətbiq edib
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyalar enerji, maliyyə, hərbi sahələri əhatə edəcək.
Yeni sanksiyaların tətbiqi “işgüzar” şəraitdə baş tutub. Buna səbəb Avropa Birliyi ölkələrinin növbədənkənar sammitin keçirilməsindən imtina olub. Baxmayaraq ki, Almaniyanın kansleri Anqela Merkel daxil olmaqla, bir neçə Avropa lideri sammitə görə məzuniyyətlərini dayandırmağa hazır olduqlarını bildirmişdilər.
Finlandiyanın baş naziri Aleksandr Stubbun sözlərinə görə, sanksiyalar təsdiq edildikdən sonra dərhal icrasına başlanılacaq və 1 il qüvvədə qalacaq.
Reuters agentliyin məlumatına əsasən isə, sanksiyaların müddəti 3 aydır, sonra onlara yenidən baxıla bilər. Rəsmi sürətdə sənəd Avropa Birliyinin bülletenində iyulun 31-də dərc olunaraq qüvvəyə minəcək. 
Comment