0
Wednesday 22 October 2014 - 10:16

"Nemət Pənahlı tutulanda demişdi ki..."

Story Code : 415870
Nemət Pənahlının qızı
Nemət Pənahlının qızı
Qobustandakı qapalı həbsxanada cəza çəkən siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı oktyabrın 21-də “Media forum” saytına danışıb. O, prezidentin oktyabrın 17-də imzaladığı əfv sərəncamının Nemət Pənahlıdan yan keçməsinə belə münasibət bildirib: “Allah məsləhət bildiyi anda Neməti yadına salacaq. O tutulanda demişdi ki, Allah mənə neçə il yazıbsa, o qədər həbsdə olacam, hansı gün Allah hökmünü versə, o gündən bir saat sonraya məni saxlaya bilməzlər. Nemət Pənahlı o imanla, o əqidə ilə, o əxlaqla yaşayan adamdır. Yəqin ki, belə məsləhətdir, Nemət Pənahlı orda olmalıdır.

Ancaq bu yaşananlar insana pis təsir edir. Uşaqlar böyüyür, sual verirlər ki, budurmu haqq dalınca qaçanın aqibəti? Deyirlər atamız gözümüzü açandan bizə haqqı, məzlumu müdafiə etməyi, vətəni sevməyi öyrədib, bu xüsusiyyətlərin hamısını daşıyan adama münasibət niyə belədir? Bu suallar qarşısında pis oluram. Yoxsa Allahın hökmünə tabeyik, razıyıq. Dörd il gözləmişik, iki il də gözləyərik. Dünya dağılmayacaq ki”.

Həcər Pənahlı Nemət Pənahlı ilə telefon əlaqəsi saxladığını da deyib: “Dərmanlarla yaşayır. Şəkərinə görə ona müalicə lazımdır, açıq havada gəzməlidir. Darısqal kamerada havasız şəraitdə oturub”.

6 övlad atası olan 52 yaşlı Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
Source : Azadliq
Comment