0
Monday 30 December 2013 - 23:26

O əsil universitetə daxil oldu

Story Code : 335879
O əsil universitetə daxil oldu

Tələbə xəbər agentliyinin verdiyi məlumata görə böyük rəhbər Ayətullah Xamenei şəmsi 1388-ci ildə dünya imperializmi, beynəlxalq sionizm, ölkə daxilindəki fitnəkarların təxribat hadisələrində şəhid olmuş Hüseyn Qulam Kəbirinin ailəsi ilə görüşüb. Bəziləri elə güman edə bilər ki, şəhid Kəbiri bu hadisələr zamanı təsadüfən həlak olanlardandır. Əslində isə bu gənc ilahi dəyərlərin fitnəkarlardan qorunması üçün meydana girənlərdəndir. Yaxşı olar ki, şəhid Kəbirinin həyatını uşaqlıq illərindən yada salaq.

Hüseyn 40 günlük olanda həkimlər bu uşağın yaşamayacağını söylədilər. Müalicədən ümidini üzən ata-ana 40 günlük körpəni həzrət Ədüləzimin ziyarətgahına aparıb, İmam Zamandan Allaha vasitəçilik istədilər. Uşaq şəfa tapdı. Onun yaşamayacağına əmin olan xəstəxana rəisi son müayinələrini nəzərdən keçirib, yerində donub qaldı. Ata-anası Hüseyni çox tərifləyir. Onun mehriban, sadə, imanlı olduğunu deyirlər. Sübh erkən məktəbə gedər, günortadan sonra təlim mərkəzində gecəyədək çalışardı. Gecələr könüllülər qrupu ilə asayişin qorunmasında iştirak edərdi. Ata-anası ona ehtiyatlı olmağı tapşıranda deyərdi ki, bizim işimiz yalnız maşınları yoxlamaqdır.

Anası deyir ki, məktəbdə çalışqan şagird kimi tanınırdı. Dini dərslərdə də iştirak edərdi. Aşura ziyarəti oxumaq üçün bazar ertəsi günləri sübh evdən çıxardı. Həmin günlər evdən çıxmasının səbəbini bilməyən valideynlər Hüseyni təqib edir və onun məktəbə döndüyünü görürlər. Müdirdən soruşanda deyir ki, Hüseyn bazar ertəsi günləri sübhdən gəlib namazxananı səliqəyə salır, ziyarəti aşura oxuyur, uşaqlara çay hazırlayır.

Uşaqlara münasibəti necə olub?

Bacısı qızı Hənnanə deyir ki, dayım çox mehriban idi, bizi motosikllə parka aparar, bizimlə oynayar, bizə şirniyyat alardı. Hənnanə deyir ki, kaş dayım şəhid olmayaydı! Böyüklər üçün qəbahət sayılası bu qısa cümlə bir körpənin sevgi təcəssümüdür. Uşaq öz sevgisini belə sadə dilə gətirir.

Dostları ilə söhbətdən belə aydın oldu ki, şəhid Kəbirinin xarakterində bütün başqa şəhidlər kimi ciddilik və fədakarlıq olub. Şəmsi 1388-ci ildə İranda prezident seçkiləri keçirilərkən onun 18 yaşı tamam olmamışdı. Amma ölkədə İslam, haqq-ədalətin qorunmasında özünü vəzifəli sayırdı. Seçki günü seçki məntəqəsində idi, səslər sayılan zaman qanuna uyğun olaraq məntəqədən çıxıb, yaxınlıqdakı məsciddə gözləyirdi.

Şəhadətindən əvvəlki gün barədə anası deyir: “Həmin gün yuyunub, təmiz libas geyindi, süfrə başında əyləşdi. Mənə dedi ki, ana, günün bərəkətli olsun. Zarafatla dedim ki, belə qəbul deyil. Başını aşağı saldı, utana-utana dedi ki, indi əlim boşdu, sonra bir şey alaram. Nə biləydim ki, bu son görüşümüzdür.”

Gecə Səadətabada tərəf getdi. O gecələr din və məmləkət keşiyində dayanan tanınmış gənclərdən idi. Həmin gecə orada bir sərnişin maşını neçə nəfəri vurub qaçdı. Vurulanlardan biri də Hüseyn idi. Onu xəstəxanaya gətirdilər, amma həyatını xilas etmək mümkün olmadı. Atası həmin gecə haqqında danışır: “Xəstəxanada əlimdən tutub dikəldi. Oksigen maskası ağzında idi. Əlimi sıxıb ağladı. Elə bilirdim təkcə ayaqları əzilib. Heç demə belindən ağır zərbə alıbmış. Bir saat çəkmədi ki, dünyasını dəyişdi. Ağzında oksigen maskası olduğundan heç nə danışa bilmədi. Bəsici (könüllü) oğlum bizimlə belə vidalaşdı.”

Anası deyir ki, Hüseynin ölüm xəbəri bütün məhəlləni, bütün tanışları silkələdi. Onu hamı sevirdi. Universitetə qəbul xəbəri gələndə, tələbə bileti hazır olanda Hüseyn artıq dünyada yox idi. Anası tələbə biletini alıb rəhbər Ayətullah Xamanei ilə görüşdə ona göstərdi. Ağa buyurdu: “Qızım, sevin ki, Hüseyn əsil universitetə qəbul oldu.” Valideynləri bu görüşü özləri üçün böyük nemət sayır.

Dostları onun haqqında deyir:

- Bu qədər iş içində iftar zamanı səngək (milli çörək) ardınca qaçardı. Qəribə insan idi...
- Paltarını özü ütüləyərdi, heç vaxt səliqəsiz olmazdı. Onunla bir yerə gedəndə məcbur idik ki, biz də özümüzü səliqəyə salaq...
- Yorulduğunu görən olmadı. Heç bir işə yox deməzdi. İstər rövzə məclisində, istər bəsici uşaqların toy mərasimində bir yerdə dayanmazdı...
- Keşik zamanı nə qədər yekəpər adamla rastlaşsaydıq zərrəcə geri çəkilməzdi, “məmləkətin təhlükəsizliyini pozana xəbərdarlıq edilməlidir” deyərdi.
- Onların məhəlləsinə yenicə köçmüşdük. Qəriblik hiss edirdik. Yoldan ötəndə dostlarından aralanıb mənə yaxınlaşdı, əlini boynuma salıb dostlarının yanına apardı. Beləcə mən də heyət uşağı oldum...
- Şah Əbdüləzimin ziyarəti onun üçün hər dəfə birinci ziyarət idi. Tanımaq olmurdu. Üzündəki təbəssüm itər, göz yaşları bütün çöhrəsini isladardı.
- Anası deyir ki, kaş onu vuran maşının sürücüsünü görə biləydim. Onunla işim yoxdur, bilmək istəyirəm ki, elə bir oğlana necə qıydı!

Comment