0
Monday 15 September 2014 - 07:07

İŞİD Türkiyəyə mina atdı

Story Code : 409750
İŞİD Türkiyəyə mina atdı
ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, İŞİD terrorçularının Qamşılını hədəfə götürərək minaatanlardan atdığı iki mərmi Nusaybin rayonuna düşüb.
Yerli vaxtla saat 21.00-də atılan mərmilərdən biri beynəlxalq “İpək Yolu”na, digəri isə sərhəd zonasındakı əraziyə düşüb.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da baş verənlər yerli sakinlər arasında təşvişə yol açıb.
Polis yerli sakinlərə sərdəhyanı zonalardan uzaq olmaları istiqamətində xəbərdarlıq edib.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
Comment