0
Wednesday 16 July 2014 - 11:51

Azərbaycan Ordusu zabitini itirib

Story Code : 399752
Azərbaycan Ordusu zabitini itirib
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin zabiti, leytenant Vüsal Arif oğlu Qurbanov meşədə odun tədarükü görərkən odun parçasının başına dəyməsi nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya zabitin bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Qurbanov Babək rayonundan xidmətə çağırılıb.
Comment