0
Saturday 28 June 2014 - 23:04

Müsəlmanlar İŞİD-in mahiyyəti barədə məlumatlı olmalıdır

Story Code : 395954
Müsəlmanlar İŞİD-in mahiyyəti barədə məlumatlı olmalıdır
Müsəlmanlar İŞİD-in mahiyyəti barədə məlumatlı olmalıdır
Son zamanlar dunyada öz zülm və fəsadları ilə tanınan İŞİD terror təşkilatı insanlığa sığmayan, hətta fikirləşəndə əqlin inkar etdiyi qətliamlar törir. Bu cinayətkar ünsürlər hətta körpələrə belə rəhm etməyən, baş kəsib qan tökmələri barədə fəxrlə danışan, adını musəlman qoyan, amma İslamla heç bir əlaqəsi olmayan bir vəhşi təşkilatın üzvləridir. Bu təşkilatın mahiyyəti haqda bir az təfəkkur edək.Son zamanlar bəzi dözümsüz təkfirçi “alimlər” tez-tez dirnaqarası fətvalar verirlər ki: “Biz Əbu Süfyan, Muaviyyə və Yezid davamçılarıyıq”. Hətta övladlara Muaviyyə, Yezid kimi adları qoymağa da təşviq edirlər. Maraq doğurur ki, bu nə çağırışdır belə?

Tarixdə Məkkə muşriklərinin başçılarından olan Əbu Süfyanın İslam ilə çox muharibələr etdiyi hər kəsə məlumdur. Getdikcə musəlmanlar daha da qüdrətlənir və müşriklərin nüfuzu getdikcə azalırdı. Nəhayət, Məkkə Peyğəmbərimiz (s) tərəfindən fəth edilir. Bunu görən Əbu Süfyan çarəsizlikdən İslamı zahirdə qəbul edir.

Allahın Rəsulu Həzrət Muhəmməd (s) son həcc ziyarətindən qayıdan zaman, Qədir-Xum çölundə Cəbrayil (ə) o Həzrətin (s) yanına uç dəfə nazil olub, Allahın salamını çatdırmışdı. Və Peyğəmbərimizə (s) çatdırıldı ki, hamının qarşısında durub, bütün insanların hamısına elan edilsin ki, o Həzrətdən (s) sonra Əli ibn Əbu Talib (ə) qardaşı, vəsisi, canişini və ümmətin imamıdır. Bundan öncə də Peyğəmbərimiz (s) dəfələrlə buyurub ki, Əlinin (ə) mənə olan nisbəti Harunun Musaya olan məqamı kimidir. Yalniz bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.

Allah Taala İmam Əlinin (ə) məqamı barədə nazil etdiyi çoxlu ayədən yalnız birinə nəzər yetirək:“Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə”surəsi, ayə 55).

Bu hadisədən bir muddət sonra Həzrət Muhəmməd (s) dunyaya vida edir. Sonralar Həzrət Əlinin (ə) xilafəti zamanında bir sıra muharibələr olur. Bunlardan da biri Siffeyn muharibəsidir. Burada Əbu Süfyanın oğlu Muaviyyə Allah vəlisinə qarşı qılınc qaldırır. O zaman ki, İslam ordusu Müaviyyə tör-töküntüsünün axırına çıxırdı, Müaviyyənin (lən) göstərişi ilə nizələrə Quran vərəqlərini keçirirlər. Bəzi avam musəlmanlar: “Biz Quranla döyuşmərik” deyirlər. İmam Əli (ə) onalara anladır: “Canlı Quran mənəm”. Amma xəvaric təfəkkürlü fərdlər Muaviyyənin hiyləsinə uyur. Öz muqəddəs missiyalarını yarıda qoyurlar və Müaviyyənin fitnə alovu davam edir. Muaviyyə həm xəyanəti, ələ almağı, yalan və böhtanı davam etdirir, həm də ümumilikdə xilafəti qəsb etmək cəhdlərini davam etdirir.

Peyğəmbərimizin (ə) vəsisi olan Həzrət Əli (ə), yer uzundə ən pis adam olan İbn Mülcəm tərəfindən məscidin mehrabında zəhər sürtülmüş qılıncla zərbətlənir və bir neçə gundən sonra Həzrət (ə) şəhadətə yetir. Bundan 10 il sonra 2-ci İmamımız İmam Həsən (ə) zəhərləndirilir, bundan 10 il sonra isə Kərbəlada İmam Huseyn (ə) vəəhşicəsinə şəhid edilir. İmam Huseynin (ə) mubarək başını Şama, Yezidin (lən) sarayına gətirəndə, Yezid (lən) burada öz ata-babadan miras qalan missiyasını aşkara çıxardır və deyir: “Kaş babalarım sağ olaydı və görəydilər ki, mən Ali-Muhəmməddən necə öz heyfimizi çıxdım”.

Bəlli olur ki, bunlar nəsillikcə bir-birlərinə ötururlər ki, harada imkanları oldu Ali-Muhəmmədin (ə) və tərəfdarlarının sonuna çıxsınlar. Başa duşulən budur ki, bunlar musəlman olmayıblar, münafiq olublar. İslamla düşmən olublar.

Bu məntiqlə, İŞİD də bu qisimdədir. Niyə? Cunki, bunlar da Əhli-Beytə (ə) aid olan butun muqəddəs məkanları, xususən də Nəcəf, Kərbəla və Samirranı viran qoymağı öz missiyaları bilirlər. Bu missiya musəlmana aid ola bilməz. Bu, iyrənc anti-insani təfəkkürdən, Peyğəmbər (s) yadigarı ilə müharibədən başqa bir şey deyil.

Allah bizləri Ali-Muhəmməd (s) təfəkküründən qəflətdə saxlamasın. Amin!



Mir Məhəmməd Baqir/deyerler
Source : Deyerler
Comment