0
Saturday 26 July 2014 - 04:40

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

Story Code : 401550
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın yeni sanksiyaları Rusiyanın bank sistemi, həmçinin, hərbi və enerji sektorlarında fəaliyyət göstərən şirkətlərə şamil ediləcək.
Bununla belə, Rəsmi Vaşinqton qərarlarını Avropa Birliyi ilə əlaqələndirdiyini vurğulayır.
Məlum olduğu kimi, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar paketini artıq təqdim edib. Məsələyə gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək Avropa Birliyinin səfirlər səviyyəsindəki görüşündə baxılacaq. 
Comment