0
Friday 25 July 2014 - 04:12

Pan Gi Mun BMT məktəbinin vurulmasından danışdı: "Şokdayam"

Story Code : 401415
Pan Gi Mun BMT məktəbinin vurulmasından danışdı: "Şokdayam"
Bu dəqiqələrdə çıxış edən BMT baş katibi Pan Gi Mun da İsrail rejimini sərt tənqid edib. O, BMT-yə məxsus məktəbin Qəzzada İsrail rejimi tərəfindən vurulmasından şokda olduğunu və bunun qəbuledilməz olduğunu bildirib. "Mən indilərdə BMT məktəbinin Qəzzada vurulmasından və burada bir çox qadın, uşaq və BMT əməkdaşının öldürülməsindən xəbərdar oldum. Əlimdə dəqiq məlumatlar hələ yoxdur, amma bu əsla qəbul edilə bilməz. Mən şokdayam", - deyə Pan Gi Mun bildirib.
Qəzzada vurulan BMT məktəbinin beynəlxalq bir təsisat olduğunu xatırladan Pan Gi Mun burada xeyli sayda fələstinlinin sığınacaq əldə etdiyini bildirib. O qeyd edib ki, humanitar yardımlar üçün bölgədə çalışanlar, mülki vətəndaşların qorunması üçün inşa edilən BMT məktəbləri toxunulmazdır və onların vurulması cinayətdir. “Mən bu hadisəni şiddətlə qınayıram”, - deyən Pan eyni zamanda yenə atəşi dərhal dayandırmağa çağırıb. /Deyerler/
Comment