0
Sunday 12 June 2011 - 12:47

Şeyx üçün soyuq duş

Story Code : 78350
Şeyx üçün soyuq duş
Şeyx üçün soyuq duş
Islam times.org/az/ - Hələ qədim zamanlarda Sibir tayfalarının ixtirasına görə soyuq vanna, zəmanəmizdə isə müasir tibb müəyyənləşdirmişdi ki, soyuq duş insanın fiziki dözümlüyünün və immun dayanıqlığının artırılması, qan dövranının normalizasiyası, yorğunluğunun aradan qaldırlıması və ovqatının yüksəldilməsi üçün faydalı prosedurdu.

Görünür bütün dünya kimi Azərbaycan hakimiyyəti də “Sibir sağlamlığı” toplusundan xəbərsiz deyil. Əliyev rejiminin bəzən gördükləri tədbirləri, bu dəfə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə üçün planlarını soyuq duş adlandlrmaq olar.

Ötən yazılarımın birində Tiflisdə “Gürcüstan Müsəlmanları İdarəsi”nin (GMİ) təsis edilməsindən bəhs etmişdim. Onu da yazmışdım ki, bu xəbərdən sonra Azərbaycanın bəzi dairələrində, xüsusilə də QMİ-də bir ajiotaj yarandı.

Heç şübhəsiz ki, bütün nəzərlər Şeyxə dikilmişdi, hamı onun reaksiyasını gözlədiyi halda, Allahşükür Paşazadə şokun təsirindən optimal davarnışı müəyyənləşdirə bilməmişdi.

Zənnimcə önc
Şeyx şəxsən GMİ-nin sədri Camal Pakşadze ilə təmas qurmağa və ondan baş verənlərlə bağlı arayış tələb etməyə cəhd etmişdi. Amma görünür Pakşadze Şeyxə ingilissayağı diplomatik tərzdə qeyi-qənaətbəxş cavab verib.

Bundan sonra başda Ramzan Kadırov olmaqla şimali qafqazın müsəlman icmalarının liderlərinin dəstək görüntüsünü media səhifələrinə gətirməklə Şeyx yanğısını söndürməyə çalışsa da bir nəticə ala bilməmişdi.

Ərəb ölkələri, Türkiyə, Avropa ölkələrinin müsəlman icmalarının Camal Pakşadzeyə rəsmi dəstəyini gördükdən sonra Şeyx anladı ki, bu həna o hənadan deyil artıq.

GMİ-nin ərəb və qərb icmalarının dəstəyi ilə nüfuzunun bütün Qafqaza sirayət edəcəyini görən Şeyx, ağlıyca kontr həmlələri planladı və Azərbaycan hakimiyyətindən istədiyi amma hədəf üçün yetərsiz dəstəyi aldı.

Mayın sonlarında məlum oldu ki, Prezident İ.Əliyev Parlamentin İnsan Haqları Komitəsi vasitəsilə “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsini hazı
layıb Milli Məclisin müzakirəsinə tövsiyə edib.

Komitə sədri Rəbiyyət Aslanova bunu zamanın tələblərindən irəli gələn dəyişiklik kimi izah edib. Bu həmin o Rəbiyyət Aslanovadır ki, məktəblilərin hicabla dərslərə qatılmasına qarşı tətbiq edilən qadağanı bütün varlığı ilə dəstəkləyir, hicabsız məktəb kompaniyasının lokomotivi idi.

Əvvəla onu deyim ki, “Dini etiqad azadlığı” haqqında qanun 1992-ci ilin avqustun 20-də qabul edilib və bu vaxta qədər müxtəlif illərdə azı 10 dəfə əlavə və dəyişikliklərə məruz qalıb.

Aydın məsələdir ki, Qanun Quran ayəsi deyil və dəyişikliyə məruz qalması mümkün bir məhfumdur. Amma “Dini etiqad azadlığı” haqqında qanununa təklif edilən redaktələr insanların dini etiqadına azadlıqların verilməsini deyil, onların məhdudlaşdırlımasını nəzərdə tutur.

Qanunun hazırlanmasında insanların təbii, təməl və konstitusion hüquqları nəzərə alınmır.Hazırlanmış layihəyə gəlincə qeyd olunmalıdır ki, qanuna ondoqquza qədər dəyişiklik təklif olunub.

Burda din xadimlərinə qarşı intellekt tələbi qoyulduğu da bildirilir ki, açığı buna sevinmək olar. Ona görə ki, Azərbaycanda mollalar cəmiyyətin savads
z təbəqəsidir. Savadsızlığa görə mollalardan sonrakı sinif vətəndaşlığı belə olamyan qaraçılardır. Bir dəfə müsahibəsində Şeyx gileylənmişdi ki, Sovet dövründə mollalar ikinci sort adamlar idi. Şeyx haqlıdır, amma bu gün mollaları nə cəmiyyət nə də hakimiyyət hətta 7-ci sort insanlar sırasına belə aid etmir.

Əvvəlki redaksiyada dini icmanın qeydiyyatı üçün 10 nəfər sakinin müraciəti kifayət edirdi. Yeni təklifə görə isə 8.2-ci maddənin 1-ci cümləsində “10 nəfər yetkin yaşlı şəxs” sözləri “50 nəfər yetkinlik yaşına çatmış, həmin ərazidə yaşayan şəxs və ya onların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilib.

Söhbət təkcə saydan getmir, həm də ərazi məhdudiyyəti var. Yəni Lerikin ucqar dağ kəndində 50 nəfər özünü müsəlman elan etmiş şəxs orda icma təsis etmək üçün malik olduqları hüquqları yalnız həmin ucqar dağ kəndində tanıda bilərlər. Onlar dağdan düşüb Lerik rayonuna gəlsələr, bu hüquqdan məhrum olurlar. Sanki Lerikin dağ kəndi bir respublikaya, rayonun özü isə başqa respublikaya aiddir.


Başqa və daha çox müb
hisə yardan təklifdə deyillir ki, müsəlman dini icmaları dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Müsəlman dini icmaları fəaliyyətləri barədə QMİ-nin qarşısında hesabatla çıxış etməlidir. Burda mərkəz vurğulanarkən QMİ nəzərdə tutulur. Yəni Şeyx icmalara imam camaat təyin edəcək, imam isə öz növbəsində Şeyxə hesabat verəcək.

Kifayət qədər absurd bir təklifdir. Əvvəla Azərbaycan hakimiyyət nəzərində dini deyil, dünyəvi respublikadır. İkincisi Azərbaycanda hər hansı bir din rəsmi statusa malik deyil. Buna görə Rəsmi statusu olmayan bir din icmasının qanunda qeyri-hökumət təşkilatına hesabat məsuliyyətinin tanınması, habelə hər hansı bir QHT-nin din icmasına rəhbər təyin etməsinin qanunla tənzimlənməsi məntiqsizlik okeanının ortasında qalmış kompassız subyektin situasiyasıdır.

Müsəlman icmaları qarşısında qanunla belə bir tələb qoyulursa, nə üçün katoliklərə, iudaistlərə qarşı belə bir tələb qoyulmur ? Açıq aşkar Azərbaycan hakimiyyəti müsəlman icmasının hüquqlarını və azadlıqlarını reqlamentləşdirir. Hakimiyyətin dünya ictimaiyyətinə və yerli müsəlman icmasına verdiyi mesaj bundan ibarətdir ki, əliyev rejimi yalnız Şeyxin nəzarətində olan icmaları məqbul hesab edir, qalanları üçün heç bir yaşam perspektivi tanımır.

Bax məsələnin incə məqamı elə burasındadır ki, Azərbaycanda olan müsəlmanlar o qədər hüquqsuz, əzilmiş bir zümrədir ki, onların təməl, təbii və konsitutsion hüüquqları hətta dövlət qrumu tərəfindən deyil, hansısa QHT tərəfindən məhdudlaşdırılması qanunla tənzimlənir.
Hər halda Azərbaycanın hakimiyyətinin Şeyx üçün hazırladığı soyuq duşun qaynar fəsadları məzlum, hüquqsuz və sahibsiz qalmış müsəlmanların həyatını zəhərləməkdən ibarətdir. Amma bütün bunların heç birisi GMİ-nin fəaliyyətini sarsıda bilməyəcək.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : islamtimes
Comment