0
Friday 7 February 2014 - 22:26

Allahın xüsusi nəzərində olan inqilab və dövlət

Story Code : 349405
Allahın xüsusi nəzərində olan inqilab və dövlət
Allahın xüsusi nəzərində olan inqilab və dövlət
Həqiqətən də hər bir azad və ədalətli düşüncə sahibi olan insan bir qədər İran İslam İnqilabını və İran İslam Respublikasının tarixçəsini araşdırsa mütləq bu inqilabın baş verməsində, İslam Respublikasının yaranmasında və indiyə qədər də bu İslam dövlətinin mövcud olmasında Allahın xüsusi nəzərinin olduğunu çox asanlıqla anlayar. Çünki dünyaya zalım və hegamon insanların, qrup və dövlətlərin hakim olduğu bir dövrdə onların baxış bucağına tam zidd olan bir inqilabın baş verməsi, qələbə qazanması və İslami prinsiplərə əsaslanan dövlətin yaranamsı həqiqətən də möcüzədən başqa bir şey deyil.

Heç təsadüfü deyil ki, dünyanın bəzi məşhur siyasi ekspertləri İnqilab qarşısında öz heyrətlərini gizlədə bilməyiblər. Fransanın tanınmış alimlərindən olan antropoloq və sosiyoloq Mişel Fuko (Michel Foucault) İran İslam İnqilabının baş verməsinə münasibətdə deyib: “Allah və ya ruh kimi gözə görünməyən bir iradə İranda səhnəyə çıxmışdı.”

Qəti şəkildə deyə bilərik ki, İran İslam İnqilabının simasında bəşəriyyət ilahi möcüzənin şahidi oldu. İsalm İniqlabının rəhbəri mərhum Ayətullah Ruhullah Xomeyni özü bu barədə deyib: “Cəmiyyətdə ruhani bir oyanış baş verdi, başqa sözlə möcüzə oldu. Bu, ilahi iradə idi, bunu başqa cür adlandıra bilmirəm.”

Bəli, İslam İnqilabı tarixin ən əzəmətli inqilabı oldu. Onun əzəmət göstəricisi imam Xomeyninin misilsiz şəxsiyyəti idi. Bəzi yazıçılar buna işarə ilə deyir: “İran İslam İnqilabı prinsip etibarı ilə heç bir inqilaba bənzəmirdi.”

Kanada alimi Robert Qolston İran inqilabı mövzusunda araşdırmaçılardandır. O deyir: “Mən müsəlman deyiləm, amma ilahi bir məktəbin bugünkü dünyada qalib gəlməsi, ədaləti bərpa etməsi Allahın istəyidir və mən bunu möcüzə sayıram.”

Əksər
təhlilçiləri, o cümlədən avropalı şərqşünasları heyrətə gətirən İran İslam İnqilabının mahiyyətidir. Bu barədə Teda Skaçpul yazır: “Şahın süqutu, İslam İnqilabının qələbəsi bütün dünya üçün gözlənilməz idi. Şahın dostlarından başlamış siyasətçilərə qədər bütün müşahidəçilər inqilabı heyrətlə izləyirdi. Bu inqilab təbiət qanunlarına zidd idi.”

Bəli, bütün bunlar həqiqətlərdən sadəcə bir damladır. Həqiqətləri görməmək üçün gərək kor olasan. İnqilabın baş verməsi bir möcüzə olduğu kimi İslam Respublikasının bugünə kimi mövcud olması və yüksək inkişaf səviyyəsinə çatması insanı heyrətə gətirən digər bir möcüzədir.

Çünki hər kəsin bildiyi kimi bugün demək olar ki, bütün dünya İslam Respublikasına qarşı iş birliyindədir. Həm xaricdən, həm daxildən bu dövləti sarsıtmaq istəyirlər. Hər gün milyardlarla pul məhz İslam dövlətinin devrilməsi üçün sərf edilir.

İslam Respublikasına qarşı təziqlər və sanksiyalar tətbiq edilir və bu vasitə ilə İslam Respublikasını dünyadan təcrid etmək istəyirlər. Ancaq sən saydığını say gör fələk nə sayır. Bu qədər təziq, sanksiya, əks təbliğat, milyardlarla pul və nələr-nələr bir başa əks nəticə verərək İslam dövlətinin daha da inkişaf etməsinə, daha da güclənməsinə səbəb olur.

Bax budur dünyanı heyrətə gətirən. Dünyanın heç bir dövləti, hətta ABŞ və Avropa Birliyi ölkələri belə bu qədər təziqlərin və təxribatların qarşısında tab gətirə bilməzdilər. Ancaq Allahın xüsusi nəzəri, İslam dövləti rəhbərlərinin xas müdrikliyi sayəsində bu dövlət bugünkü səviyyəyə gəlib çatıb və bundan sonra da Allahın izni ilə İslam Respublikası dünyanın əsas aparıcı və söz sahibi olan dövləti olacaq.
Source : Islamtimes
Comment