0
Saturday 15 September 2012 - 09:20

Drujina oyunu

Story Code : 195505
Drujina oyunu
Drujina oyunu
Islam times.org/az/ - Ötən həftənin sonunda portalımızın eksperti hacı Nəcəflə görüşüb son hadisələr barədə rəyini almaq istəyirdim ki, aeroportda olduğunu bildirdi və axşam saatlarında bağ evində görüş təyin etdik.

Görüşdüyümüzdə şam namazına hələ 4 saatdan çox vaxt var idi hacı təkcə yorğun yox həm də bir az bikef görünürdü. Səbəbini soruşduqda dedi ki, qohumu və həm də dostlarından birini Rusiyaya, yola salıdı, dostlarının əksəriyyətinin Rusiyaya mühacirət etməyə məcbur olduğunu bildirdi. Ancaq orda da vəziyyət lap yaxşı deyil, bununla belə Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır və onların həyatı hamımız üçün çox önəmlidir, üstəlik onu da nəzərə alsaq ki, orda yaşayan həmvətənlərimizin Azərbaycana göndərdiyi pullu bir neçə milyon ailə üzvləri burda dolanır onda gərək bir az da Rusiyada baş verənləri lap yaxından izləyək.

Ötən ay Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçov bəyan etdi ki, bundan sonra vilayətdə kazak dəstələrindən ibarət potrul xidməti təşkil ediləcək, ola bilər bu məqsədlə orta asiyadan kazaklar gətirilsin.

Tkaçov ideyasını bununla əsaslandırır ki, Krasnodar vilayətinə Şimali Qafqazdan kütləvi sayda daxili miqrantlar (onları miqrantlarla qarışdırmayın, onlar Rusiya vətəndaşlarıdır) axını var və gələn qonaqlar özlərini yaxşı aparmır və üstəlik yad ənənələri vilayətə yayır.

Yad ənənələr dedikdə Tkaçov ilk növbədə İslamı nəzərdə tutur ki, o da konkret olaraq vilayətdə sələfilikdir. Çünki vilayətə gələn qafqazlıların əksəriyyəti sələfidir. Ələbttə Tkaçovun bu bəyantı əks sədaya və qalmaqala səbəb oldu.

Bu ərəfədə Rusiyada “Pussy Rıot” pan rok qrupunun məhkəmə prosesi gedirdi. Bu qrupda olan pozğun qadınlar kilsəyə girib əxlaqsızlıq etmişdilər ki, bu barədə oxucularımızın xəbəri var. Bu kontekstdə bir qrup pravoslav fəalı bəyan etdilər ki, bundan sonra Moskvada pravoslav drujinaları xidmət aparacaq.

Çox keçmədən pravoslav "Святая Русь" (Müqəddəs Rus) hərəkatının lideri İvan Otrakovskiy bəyan etdi ki, Moskvada xristian məbədlərinin və keşişlərin müdafiəsi məqsədilə drujinalar təşkil edilib.

Hərəkatın bəyanatında qətilik də var və orda deyilir : “Könüllü pravoslav drujinaları Moskva və əyalətdə potrul xidməti aparılması ilə əlaqədar məlumatlandırırıq : pravoslav ehkamlarına, müqəddəslərinə, xidmətçilərinə qarşı hörmətsizliyə, qəbahətə yol verildiyini aşkarladıqda, müvafiq tədbirlər görəcəyimizi bildiririk.

Biz bundan sonra doğma torpaqlarımızda qanunsuzluğun baş alıb getməsinə, dəyərlərimizin alçaldılmasına və bunların qarşısında hakimiyyətin susmasına göz yuma bilmərik. Bu böyük dövləti bizim əcdadlarımız çox böyük zəhmətlər hesabına cəfakeşliklə xırda tayfalardan bir yerə yığıb.

Biz yol verə bilmərik ki, bizim inancımız, qorxaq və susqun satqınların xristianlıqdan üz çevirməsi nəticəsində məhv olsun”. BBC-yə verdiyi müsahibəsində Otrakovskiy deyib ki, artıq Moskva şəhərində 7 belə drujina dəstələri təşkil olunub və müxtəlif rayonların ərazisində əsasən gecə vaxtları onlar potrul xidməti aparacaq.

Bədxahlar necə tutacaqları barədə suala cavab verən Otrakovski deyib ki, xuliqanlar kilsənin ehkamlarını, maddi vəsaitlərini zədələyərkən və ya pravoslav xidmətçisinə hücum edərkən drujinalar dərhal hərəkət keçib polisi çağıra bilər, xuliqanları zərərsizləşdirə bilərlər. Hərəkat lideri onu da deyib ki, bizim şəxsi düşmənlərimiz yoxdur, sadəcə dinin düşmənləri var və bu səbəbdən bütün Rusiya ərazisinə belə drujinalr dəstələri təşkil etmək lazımdır.

Rusiya DİN-nin məsələ ilə bağlı rəyi özünü çox gözlətmədi və nazirlikdən bildiriblər ki, drujinaların təşkilinə, ictimai asayişin təmin olunmasına lazım olan bütün dəstəyi verməyə hazırdılar

Hələ 2008-ci ildə pravoslav drujinalarının keşik çəkməsi, potrul xidməti aparması ideyası ilə Moskva ruhani idarəsinin rəis müavini Vsevolod Çaplin çıxış etmişdi.

Bu məsələyə Rusiyada mövcud olan müsəlman təşkilatlarının təmsilçilərinin münasibəti məncə yerinə düşərdi.

Məsələyə münasibət bildirən Rusiya Müsəlmanlarının Ruhanilər İdarəsinin Avropa bölgəsi üzrə sədrinin birinci müavini Dəmir Mühəmməddinovun rəyi birmənalı olmayıb.

Mətbuata verdiyi açıqlamada hacı Dəmir deyib : Mən, konfessiyalar əsasında drujinaların təşkilinin qəti əleyhinəyəm. Rusiya çoxkonfessiyalı və çoxmillətli ölkədir, əgər pravoslav drujinalar təşkil ediləcəksə onda eyni istəklə müsəlmanlar da çıxış edə bilər və müsəlman drujinaları təşkil edə bilərlər, milli əsasda da drujinalar təşkil edilməsi iddiaları ortaya atıla bilər.

Rusiyanın elə regionları var ki, orda pravoslavlar çoxluq təşkil edir, elə regionları da var ki, orda digərlər çoxluq təşkil edir, bunun nəticəsinin nədən ibarət olacağına kim zəmanət verir ?

Axı pravoslavların dominant olmadığı regionlar da var. Bu tendensiya davam edərsə acı nəticələr barəsində proqnz vermək çətin olmaz. Bir müddət sonra biz xəbər lentlərindən oxuyacağıq ki, Kubanda çeçen müsəlman drujinaları ilə kazak pravoslav drujinaları arasında silahlı qarşıdurma nəticəsində çox sayda adam öldürülüb.

Ona görə bu ideyanın müəlliflərini xəbərdar etmək istəyirəm ki, Rusiya üçün daha bir təhlükəli tendensiya yarana bilər. Onu da deyim ki, drujina ideyasını ortaya atmaqla Tkaçovun məqsədi milli zəmində idisə, pravioslavların məqsədi dini zəmində idi.

Pravoslavlar digər din təmsilçilərinə qarşı çıxış etmirdilər sadəcə “Pussy Rıot” pan rok qrupunun pozğun qadınları kimilərindən pravoslav ehkamları qorumaq istəyirdilər və artıq bir neçə gündür ki, Moskvadakı pravoslav qrumları ətrafında drujinalar xidmət çəkir. Məncə bu drujina oyunu hələ bir müddət gündəmdə qalacaq.

ISLAMTIMES - ELVIN CAVADOV
Source : İslamtimes
Comment