0
Friday 29 November 2013 - 17:54
Barbi kuklalarının mənfi təsirlərini tanıyın (9)

Barbi kuklasının zərərli təsirləri

Barbi Troya atı
Story Code : 323279
Barbi kuklasının zərərli təsirləri
Barbi kuklasının zərərli təsirləri
Məqələnin ixtisarına nəzərən bir neçə mövzuya işarə etməklə kifayətlənirik.

• Erkən cinsi yetkinlik
Barbi kuklasının zərərli funksiyalarından biri qızların zehnində cinsi instinktlərin şişirdilməsi və qarşılıqlı cinsi münasibətlərin öyrədilməsidir. Barbi əleyhdarlarının dili ilə desək Barbi kuklası sevgi yaratma bacarığı olmayan “seks müəlliməsi”dir.

Barbinin nəzərdə tutduğu həya süstləşməsi, cinsi münasibətlərə təşviq ordan başlayırki, uşaq gəlinciyin alt geyimləri dəyişməli olur və bu işə həvəsləndirilir. Bir çox hallarda qız uşağı kuklanın cinsiyyətini görməli olur ki, tədriclə onun cinsiyyətinə baxmaq uşağın gözündə adiləşir. Bu mənada ki, cinsiyyətə baxmaq onun üçün artıq pis və eyib sayılmır.

Sözügedən mövzuların uşaq zehnindəki mənfi təsirləri və erkən cinsi yetkinlik, onların gözəl və sevimli dünyaya valeh olmaları və bununla da uşaqlıq dövrlərini çox tez tərk etməkləri ilə nəticələnməsi təəssüf doğuran məqamdır.

• Düzgün qidalanmama (İştahsızlıq)
Barbi kuklasının bədən quruluşu yüksək ustalıqla dizayn edildiyi üçün hər hansı bir qadının belə bir bədən quruluşuna sahib olması və sahib olduğu təqdirdə onun qalıcı olması hardasa qeyri – mümkündür. Lakin təbliğat nəticəsində Barbi bədən quruluşunun “bugünkü qadının kriteriyaları” sayılması, bir çox qadın və qızların müxtəlif dietalarla vücudlarını Barbinin bədəninə bənzətmək istəmələrinə, nəticədə düzgün qidalanmamadan yaranan “Anoreksiya” və “Bulimiya” kimi xəstəliklərin mübtəlasına səbəb olmuşdur.

“Amerikanın statistik araşdırmalarına əsasən hər beş tələbə qızdan biri iştahsızlığa mübtəladır. Hər il əhalinin təqribən 20 % - i oxşar xəstəliklərdən əziyyət çəkir. Məlum hadisə o qədər geniş yayılmış və nigaranedici məqamdır ki, bəzi Amerika universitetlərinin bufetlərində salat kimi dietik qidalar ustalıqla nişasta tərkibli maddələrlə qarışdırılaraq tələbələrin istifadəsinə verilir. Bu da tələbələrin həm salat yemələrinə eyni zamanda iştahsızlıq xəstəliyinə düçar olmamalarına zəmin yaradır”.

Nəzərə çarpacaq digər bir məqam, tələbələrlə yanaşı aktrisa və qadın artistlər də vücudlarını (yüksək məbləğlər pulların, kosmetik cərrahların sayəsində) “Gözəllik şahzadəsi” Barbinin vücuduna bənzətməyə çalışmalarıdır.

Feministlərin Barbinin gözəllik kriteriyalarının qeyri – həqiqi və sünii olmasının ifşasına çalışmaları diqqət ediləsi məqamdır: “Barbi 2 metrdən artıq boya, 46 kq çəkiyə malikdir. Lakin amerikalı qadının orta boyu 163, çəkisi isə 66 kq-dır. Barbi kuklası qeyd edilən ölçülərlə insan kimi dünyaya gəlmiş olsaydı öz çəkisini daşıya bilməzdi. Aybaşı və hamilə olması da qeyri – mümkün olardı”.

Mövzu ilə əlaqədar amerikalıların belə bir məsəli var: “Arıqlamaqla, sərvətli olmaqda limit yoxdur”.

Konsyumerizm və dəbdəbə

Yuxarıda işarə etdik ki, dünyanın ən məşhur geyim dizaynerləri Mettel kompaniyasının dəstəyi ilə Barbinin gözəl və incə paltarlarını tikirlər. Əksər geyimlərin lüks və v.i.p. cəmiyyətə aid olmasına rəğmən, uşaqları parlaq gələcək röyalarında qərq edir. Bununla da dəbdəli Barbi geyimlərinə sahib olmaq həsrəti uşağın qəlbində dərin iz qoyur.

Barbiyə aid cəvahiratın bir tərəfdən çox bahalı olması, digər tərəfdən həddən artıq konsyumerizm və dəbdəbəni təbliğ etməsi, qərb mədəniyyətinin öldürücü virusudur ki, Barbi virus daşıyıcı xəstə timsalında onu digər millətilərin qızları arasında yaymaqla məşğuldur. Barbinin missiyası öldürücü xəstəliklə qız uşaqlarını konsyumerizm, dəbdəbə və obyektivizmə düçar etməsidir.

Nəticə
Barbi kuklasına və yarım əsrdən çox zamanı əhatə edən təsir mexanizminə diqqət yetirsək, bir gəlinciyin mənfi mədəni, ictimai, psixoloji təsirlərə malik olmasının hansı formada mümkünlüyü hər bir aqil insanı düşünməyə vadar edəcəkdir. Barbi kuklası milyonlarla insanın qəflətindən ustalıqla sui – istifadə edərək zehnlərdə ən yüksək nöqtəni necə fəth edə bildi?

Gözəllik üzrə ekspertlərdən biri bu xüsusda Barbini “Troya atı” kimi izah etmişdir.

Təsirli və mədəni işğalçı silahın dizaynında incəlik və dəqiqlik barədə mülahizə, Barbi yaradıcılarının dünya üzrə mədəni və siyasi dəyişikliklərin daimi müşahidəçisi olduğunu göstərir. Mettel şirkətinin market meneceri Branda Andolinanın məlum xüsusdakı sitatı çox təkanvericidir:

“Biz daim yeni dünyaya gəlmiş körpələrin statistikasını dəqiqliklə araşdırır, onların valideyn, mədəniyyət və dilinin tərkibini nəzərdə saxlayırıq”.

Qərb, xüsusilə Amerika öz insanını ideal göstərmək üçün mədəni, siyasi, iqtisadi və hətta hərbi vasitələrdən dəstək alır. Əlbəttə, mediaların köməkliyi ilə bu model və ya ideal insan, digər insanlara sevilən və əlçatan kimi təqdim edilir.

Oyuncaqların - hər bir cəmiyyətin gələcək anaları olacaq qızlar üçün ideal yaratma - qabiliyyətindən istifadə edən qərb mədəniyyətinin qlobal hücumlarına qarşı sikkənin digər üzü mübarizə aparır; İran və İslamın zəngin mədəniyyətində qadın xüsusi yer tutur və onun sağlamlığı cəmiyyətin sağlamlığının təminatçısıdır. Dara və Sara və ailənin digər üzvləri başlanğıcda, bu yola girdikdə təqdirəlayiq və effektiv olsalar da nəhəng mədəni hücuma cavab vermək iqtidarında deyildilər.

Hər bir milli öhdəlik və təşkilat bütün fikri, mədəni, iqtisadi və s. bacarıqları ilə işin müvəffəqiyyəti və qızlar tərbiyəsi üçün ülgü və nümunəni vücuda gətirməkdən yanadır. Şübhəsiz ki, sabahkı anaların tərbiyəsində müvəffəq olduğumuz gün, insanlarımız üçün parlaq gələcək və əxlaqi, psixoloji sağlamlığa sahib abad bir cəmiyyət yaratdığımızı iddia edə bilərik.
Source : Islamtimes
Comment