0
Saturday 19 April 2014 - 15:36

Bənzəri olmayan müraciət!

Story Code : 374561
Bənzəri olmayan müraciət!
Bənzəri olmayan müraciət!
Sosial mediadakı qeydlərlə əlaqədar məhkəmə qərarlarının tətbiq edilmədiyini səbəb göstərən Baş nazir Ərdoğan Konstitusiya Məhkəməsinə müraciət etdi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan sosial media orqanlarında özü və ailəsinə qarşı edilən təməl insan hüquq pozuntularının aradan qaldırılmasına istiqamətli verilən məhkəmə qərarlarının tətbiq olunmaması səbəbiylə Konstitusiya Məhkəməsinə fərdi müraciət edib.

Twitter və Youtube-dakı yayımlar

Müraciət ərizəsində Baş nazir Ərdoğan və ailəsi haqqında Twitter-da “başçalan” adlı profildən səs yazıları ilə əlaqədar tweet atıldığı, “ismailsaymaz” adlı hesabdan fərdi müraciət mövzusu montaj səs yazılarının yayımlandığı Youtube linkinin paylaşıldığı ifadə edildi. Emre Uslunun da özünə aid Twitter hesabından montaj səs yazısını retweet edərək təxminən 400 min nəfərə yayıldığını bildirilən ərizədə Öndər Aytaç və Mehmet Baransunun da bənzər paylaşmalar etdiyi vurğulandı. Söz mövzusu şəxslərlə əlaqədar Ankara Respublika Baş prokurorluğuna cinayət ittihamı irəli sürdüyü və istintaqın davam etdiyi ifadə edilən ərizədə söz mövzusu məzmunlarla əlaqədar Ankara Sülh Cəza Məhkəməsinə müraciət edildiyi və məhkəmənin məzmunlara daxil olmağın qarşısını almaq qərarı verdiyi, qərarın həyata keçirilməsi üçün qərarların Telekommunikasiya və Rabitə Nazirliyinə göndərildiyi ifadə edildi.

Məhkəmənin qərarı tətbiq olunmadı

Ərizədə bənzər bir videoyla əlaqədar Ankara 5-ci Sülh Cəza Məhkəməsnin Twitter-ə daxil olmağa maneə törədilməsi qərarını verdiyi, bu video haqqında seçki dövrü olması səbəbiylə Yüksək Seçki heyəti Başçılığına da müraciət edildiyi və Assambleyanın da videoya daxil olmanın qarşısının alınmasını qərarlaşdırdığı bildirildi. Məhkəmələrin verdiyi qərarların böyük qisiminin tətbiq edilmədiyi vurğulanan ərizədə “müvəkkili və ailəsinə qarşı edilən” təməl insan haqları pozuntuların aradan qaldırılmasına istiqamətli verilən məhkəmə qərarlarının tətbiq edilməməsi və dolayısı ilə hüquq pozuntusu olmasıdır. Bu səbəblə məhkəmə qərarlarının həyata keçirilməsinə istiqamətli olaraq Konstitusiya Məhkəməsinə fərdi müraciət etmək zəruriliyi hasil olmuşdur” ifadəsi istifadə edildi.

Məhkəmə qərarlarına inam zədələndi

Baş nazir Ərdoğanın Konstitusiya Məhkəməsinə etdiyi fərdi müraciət ərizəsində məhkəmə qərarlarına olan güvəninin ağır şəkildə zədələnməsindən qaynaqlanan mənəvi zərərlər güdülərək 50 min Türk lirəsi mənəvi təzminat tələbində olduğunu da bildirdi.

50 min TL təzminatı xəzinə ödəyəcək!

Konstitusiyaya görə Konstitusiya Məhkəməsinə fərdi müraciət əsas hüquq və azadlıqlardan, Avropa İnsan Hüquqları Konvensiyası üzrə hər hansı birinin “ictimai gücü” tərəfindən pozuntu edildiyi iddiasıyla edilə bilir. Bu tənzimləməyə görə AYM , Baş nazir Ərdoğanın əsas hüquq və azadlıqlarının məhkəmə gücü tərəfindən pozulduğunu hökm versə, Ərdoğanın fərdi müraciətini qəbul edəcək. Bu vəziyyətdə AYM Baş nazir Ərdoğanın təzminat tələbiylə əlaqədar də qərar verəcək. AYM Baş nazirin tələb etdiyi 50 min lirə və daha az bir miqdarın ödənməsinə qərar versə, ödəmə Xəzinə tərəfindən Baş nazirə veriləcək.
Source : İslamtimes
Comment