0
Sunday 16 June 2013 - 18:49

Seçkiqabağı İrana baxış

Story Code : 274067
Seçkiqabağı İrana baxış
Islam times.org/az/ - İran İslam Respublikasında prezident seçkiləri yaxınlaşdıqca qardaş və qonşu ölkə olan Azərbaycanda da bu proses diqqətdən kənar qalmır, müxtəlif jurnalistlər, siyasətşünaslar və ekspertlər seçkilə bağlı gözləntilərini ara sıra bildirir və mülahizələrini yürüdür. Bir qədər gülməli də görünsə, ancaq Azərbaycanda bu mövzu ilə bağlı müzakirələrdə iştirak edənlər tez tez İran prezidentliyinə namizədlərin milli mənsubiyyətinə diqqət çəkir və sözsüz ki, arzu və istəklərini də gizlətmir, istəkləri isə budur ki, namizədlər arasında İran azərbaycanlıları və ya türklər çoxluq təşkil etsin, seçkidə qalib olsun. Əlbəttə bu bir təəssüb məsələsidir, yəni bu ekspertlər emosional davranaraq milli mənsubiyyət məsələsini qabartmağı unutmurlar. Ancaq İranda insanların milli mənsubiyyəti önəmli deyil, orda yaşayan fars, türk, azəri hamısı müsəlman olduğundan bir millət sayılır, digəl Azərbaycanda insanların dini yox milli mənsubiyyətinə görə ayrımı və fərqi dilə gətirilir. Müzakirələrdən belə anlamaq olur ki, namizədlər arasında azərbaycanlı olan yoxdur, bununla belə o da qeyd olunur ki, namizədlərin hamısının Azərbaycana münasibəti yüksək səviyyədədir, burda mən onu əlavə edim ki, ümumiyyətlə İranda prezidentlərin, siyasətçilərin, ruhani liderlərin hamısının Azərbaycana münasibəti çox yüksəkdir, ancaq əfsuslar olsun ki, aranı qarışdırmaq istəyənlər var, bu katalizatorların fəaliyyəti isə qardaş xalqların arasında nifaq salmağa gücü yetməz. Konkret olaraq gələcək prezidentin İran Azərbaycan siyasətinə gəldikdə isə ekspertlər nikbindir, onların fikrincə növbəti illərdə Ermənistanla münasibətdə İran prezidenti Azərbaycanın rəyini nəzərə alacaq. Mənsə deyərdim ki, əslində bu vaxta qədər İran Ermənistanla münasibətlərində Azərbaycanın rəyini həmişə nəzərə alıb, unutmayaq ki, İran Ermənistanı işğalçı dövlət kimi tanıyır, Minsk qrupunda olan həmsdər ölkələr belə Ermənistanı işğalıçı dövlət hesab etmir, ona görə gələcəkdə Azərbaycan əlindən gələni etməlidir ki, İran danışıqlar prosesində iştirak edib münaqişənin həlli üçün öz potensialından istifadə etsin.
Source : İslamtimes
Comment