0
Saturday 9 November 2013 - 16:26

Faşizm Rusiyanı məhv edəcək

Story Code : 319319
Faşizm Rusiyanı məhv edəcək
Faşizm Rusiyanı məhv edəcək
Rusiyada faşistlərin təşkilatçılığı ilə anti miqrant hücumları və bu olaylarla bağlı həm Rusiya həm də Azərbaycan mətbuatında baş verən hadisələr gündəmdə qalmaqdadır.

Onu da deyim ki, təkcə iki ölkə də yox, eyni zamanda miqrantları, vətəndaşaları Rusiyaya çörək dalınca gedən orta asiya respublikaları – Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda da bu mövzu gündəmin bir nömrəlisinə çevrilib.

Bu dəfəki faşizm hücumlarının dalğası Orxan Zeynalov və Brilyov rayonunda baş verən olaydan sonra başladı. Bu cür hallar əvəllər də Rusiyada tez tez baş verirdi, ancaq uzağı bir həftə sonra sakitlik bərqərar olardı, bu dəfə isə rus faşizminin dalğası çox uzandı və hələ də fəal şəkildə davam etməkdədir.

Bu dəfəki dalğanın Azərbaycan cəmiyyəti üçün olan bir neçə özəlliklərindən biri budur ki, dalğanın başlanmasında bəhanə olan konkret şəxs azərbaycanlıdır və rus faşistləri də sonrakı fəaliyyətilərində, hücumlarında vurğunu əsasən azərbaycana yönəldir.

Təkcə küçə qarətçiləri və quldurları olan rus faşistləri deyil, həm də sivil toplumun nümayəndələri, siyasətçilər, jurnalistlər də diqqəti daha çox azərbaycanlılara yönəldir. Başqa özəllik isə ondan ibarətdir ki, yerli Azərbaycan mətbuatında Rusiyada qeyri ruslara, miqrantlara, azərbaycanlılara qarşı baş verən zorakılıqları, hücumları, qarətləri daha çox işıqlandırır və gündəm də saxlayır, özü də təkcə müstəqil, müxalifət mətbuatı deyil, həm də İlham Əliyev hakimiyyətinə xidmət edən mətbuat (http://www.apa.tv/video/3621) da bu gündəmdən kənar qalmır.

Dediyimiz kimi, rus faşistlərinin qeyri ruslara qarşı hücumları birinci il deyil ki, baş verir, ancaq əvvələr, rus faşistləri qeyri rusları yalız döyürdülərsə, indi öldürməklə kifayətlənirlər, ya da ən yaxşı halda əlil edənə qədər döyürlər.


Hər gün bir neçə yerdə gənc rus faşistləri Rusiyanın müxtəlif yerlərində qeyri ruslara qarşı hücumlar təşkil edib hədəflərində olanları ən azı əlil, ya da ölənə qədər döyürlər. Təsəvvür edin ki, iş o yerə gəlib çatıb ki, Azərbaycan hakimiyyəti baş verənlərdən narahat olduğunu deyir, siz çox nadir hallarda görə bilərsiniz ki, İlham Əliyev hakimiyyəti nədənsə narahatlıq ifadə etsin.

Minlərlə adam Bakının küçə və meydanlarına axışıb “İstefa” şüarı səsləndirir, gecə gündüz beynəlxalq mətbuat və təşkilatlar Azərbaycan hakimiyyətinin korrupsiya və diktator olmasından bəhs edir, ancaq Əli Həsənov bu cür şeylərin onları narahat etmədiyini deyir, indi isə iddia edir ki, Rusiyadakı azərbaycanlıların faşist hücumlarına məruz qalmasından narahatdır.

Hakimiyyətin narahatlığı əlbəttə anlaşılmazdır, çünki Rusiyaya gedən azərbaycanlıların vətəni tərk etməsinin bir səbəbi var o da İlham Əliyev hakimiyyətinin zülmü, əgər hakimiyyət narahat olsaydı elə əvvəldən öz işsiz vətəndaşlarına sahib çıxardı ki, onlar da Rusiyaya getmək məcburiyyətində qalmasın. Onda belə çıxır hakimiyyətin narahatlığının ayrı səbəbləri ola bilər ki, buna da başqa zaman nəzər salarıq.

Vəziyyət çox ciddidr, çox zaman mediadan yayınan, münaqişəli mövzularadan kənar durmağa çalışan, həmişə təmkin və səbr göstərən, Rusiyada yaşan oliqarx və İlham Əliyevin qudası olan Araz Ağalarov belə “Exo Moskva” radiosuna verdiyi müsahibədə (http://www.echo.msk.ru/programs/razbor_poleta/1189550-echo/#video) son zamanlar bu ölkədə miqrantlara qarşı baş verən hücumlardan bəhs etməyə çəkinməyərək bildirib ki, bu cür hallara qarşı münasibəti pisdir, miqrantların öldürülmsəi və ölkədə faşist dalğasının baş alıb getməsi çox təhlükəli tendensiyadır. Mövcud durumda elə təsəvvür yaranır ki, rus faşistlərinin fəallaşmasında rəsmi Moskvanın əli var, buna Azərbaycanda hər kəs inanır, eyni zamanda Rusiya cəmiyyətində də faşist ruhunun bir kabus kimi peydə olmasına kimsə şübhə etmir.

Bir neçə gün əvvəl Rusiya parlamentində fraksiya rəhbəri Vladimir Jirinovskinin canlı efirdə qafqazlıları təhqir etməsi və onlara uşaq doğuşunun məhdudlaşdırılmasını qadağan edən qanunların qəbul etməsinin zəruriliyini vurğulaması (http://www.youtube.com/watch?v=bcXgKOJhzNY) təkcə Rusiyada yox bütün MDB məkanında rezonansa səbəb oldu və bu mövzu ilə bağlı müzakirələr hələ də davam etməkdədir, bu günlər də isə prezident Putin Jirinovskini yanına çağırıb çıxışlarında diqqətli olmasını tələb etməsi də təsadüfi deyil.

Ekspertlərin fikrincə rus milliyyətçiliyinin baş qaldırması, qeyri ruslara qarşı hücumların baş verməsini ölkə üçün dağılmaq təhlükəsinin reallaşdıracaq. Hələlik isə Rusiyada yaşayan azərbaycanlıların işlədikləri bazarlar, ticarət mərkəzləri bağlanır, onların malları bazarlarada qalıb məhv olur və maddi ziyana məruz qalan azərbaycanlılar kütləvi şəkildə vətənə dönür. Rusiyada isə bu tendensiyanın hara qədər inkişaf edəcəyini heç kim deyə bilmir.
Source : Islamtimes
Comment