0
Monday 17 February 2014 - 09:06

“Silahlar Türkiyədəki anbarlarda saxlanılır”

Story Code : 352817
“Silahlar Türkiyədəki anbarlarda saxlanılır”
“Silahlar Türkiyədəki anbarlarda saxlanılır”
Xəbərdə bu nüanslar yer alır: “ABŞ radikalların əlinə keçə biləcəyi qorxusu ilə uzun müddətdir üsyançıların zenit roketləri ilə silahlandırılmasına qarşı çıxırdı. Səudiyyəlilər buna görə indiyə qədər bu tərz silahları müxaliflərə vermirdi. Obama rəhbərliyindən üst səviyyə bir səlahiyyətli cümə günü verdiyi açıqlamada ABŞ-ın bu mövzudakı müxalif mövqeyinin hələ də davam etdiyini söylədi”.

Yeni silahlar cox yaxında
Xəbərə görə, müxalif komandirlər “ABŞ-ın maliyyə baxımdan boynuna düşəni edəcəyini” söylədi. Komandirlər “ABŞ-ın döyüşçülərin maaşları üçün milyonlarla dollarlıq yardım edəcəyini” ifadə edir. ABŞ-dan isə bu yardım mövzusunda heç bir açıqlama verilmədi. Müxaliflərin hərbi baxımdan möhkəmləndirilməsinin təməlində isə Şamın cənub təbəqələrinin rejimdən geri alınması ümidləri var. Beləcə, prezident Bəşər Əsədin rəhbərliyində olmadığı bir keçid hökumətini qəbul etməsi üçün rejim təzyiq altına alına biləcək. Silahların daşınması ilə əlaqədar məlumat sahibi olan Qərbli bir diplomat “Yeni silahlar çox yaxında təslim ediləcək” dedi.
Xəbərdə gözə çarpan digər önəmli nüans isə Türkiyənin bu məsələdəki mövqeyidir. Xəbərə görə, “Suriyaya göndəriləcək olan silahlar bu an İordaniya və Türkiyədəki anbarlarda saxladılır”. Qərbli bir diplomat silahların Suriyanın cənubuna İordaniyadan, şimalına isə Türkiyədən göndəriləcəyini söylədi.

Cenevrədə nəticəsiz qalan müzakirələr
İsveçrədə dünən ikinci tur danışıqları tamamlanan Cenevrə 2 Konfransında isə Xumus mühasirə bölgəsindən çıxışı təmin olunan insanlar və bölgəyə göndərilən humanitar yardım konvoylarından başqa hər hansı bir nəticə əldə edilə bilmədi.
Konfransın ilk turunun əvvəlində ABŞ-ın Suriyadakı “müxalif” qruplara yenidən silahlı yardım göndərməsi xəbəri iki tərəf arasında gərginliyə səbəb olmuşdu.
Dünən ikinci dövr başa çatarkən hələ təyin olunan mövzu başlıqlarda heç bir irəliləyiş olmadığı məlum oldu. Suriya hökuməti nümayəndələri “terrorla mübarizə” mövzusunu həll etmək istəyərkən müxalif tərəfin nümayəndələri “müvəqqəti hökumət qurulması” məsələsində israrlıdırlar. Müzakirələrin üçüncü dövrü üçün isə hələ tarix müəyyən edilmədi.

Şamda birlik mesajı

SANA xəbər agentliyinin xəbərinə görə, şənbə günü Suriya ordusunu və Cenevrə Konfransındakı hökumət nümayəndələrini dəstəkləmək və xarici müdaxilələrə qarşı çıxmaq üçün bir izdiham Şamda toplandı. Suriya bayraqlarını yelləyib plakatlar daşıyan dəstəkçilər Suriya xalqına birlik olmaları üçün açıq bir mesaj verdiklərini söylədilər.
B. Ece Çizmeci
Source : Islamtimes
Comment