0
Saturday 29 March 2014 - 09:04

Azərbaycanın gələcəyi nurçu təhlükəsi altında

Story Code : 366984
Azərbaycanın gələcəyi nurçu təhlükəsi altında
Azərbaycanın gələcəyi nurçu təhlükəsi altında
Məlum olduğu kimi atrıq bir neçə aydır ki, Türkiyədə əsasən nurçular adlanan qrupun rəhbəri Fətullah Gülən ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında mübarizə davam edir.

Qonşu Türkiyədə baş verən bu hadisələrin Azərbaycana da təsiri az olmadı. Mətbuatda nurçu olmaları bildirilən bir sıra yüksək vəzifəli şəxslərin adları yer alan siyahı yayıldı. Hətta daha sonra bu siyahıda adı çəkilən şəxslərdən biri olan Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən prezidentin sərəncamı ilə azad edildi və indiyə kimi də bu şəxsin vəzifəsindən nə səbəbdən azad edilməsi haqqında heç bir məlumat verilməyib.

Daha sonra Qafqaz Universitetinin rektoru Bülənt Arıncın Fətullah Gülənə ünvanlanmış məktubu yayılır və bildirilir ki, Qafqaz Universiteti, Türk Liseyləri, Çağ Öyrətim Şirkətlər qrupu, Xəzər televiziyası və bir sıra digər şirkətlər məhz Fətullah Gülənə məxsusdur və onun nəzarəti altında idarə edilir və birbaşa nurçuluq ideyalarının Azərbaycanda təbliği ilə məşğul olurlar.

Ancaq adı çəkilən bu tədris müəssisələri və şirkətlərin rəhbərləri Fətullah Gülən ilə əlaqələrinin olmadığını iddia etdilər.
Ancaq xalqın gözü tərəzidir. Həqiqət elə həqiqət olaraq qalır. Bugün Azərbaycanda fəaliyyət göstərən bir sıra tədris müəssisələri və şirktlərin Fətullah Gülənə məxsus olması haqqında heç bir şəkk və şübhə yoxdur.

Bu reallığı dövlət məmurlarından tutmuş adi vətəndaşa qədər hər kəs bilir. Ancaq insanlar bunun ölkəmizin gələcəyi üçün hansı təhlükəni yarada biləcəyindən xəbərsizdilər. Hamı yaxı bilir ki, təhsil millətin gələcəyini yetişdirir. Bir xalqın gələcəyini nə cür olacağını görmək istəyirsənsə bu zaman həmin xalqın təhsilinə diqqət ver.

Təhsilin bu qədər əhəmiyyətə malik olmasını nəzərə alsaq bu zaman nurçuların niyə məhz təhsil sisteminə bu qədər diqqət ayırdıqlarını alaya bilərik.

Bugün artıq demək olar ki, nurçulara məxsus olan Türk liseyləri hazırlıq kursları artıq Azərbaycanda köklü şəkildə oturuşublar. Bu liseylərdə təhsil haqqı yüksək olduğundan əsasən varlı təbəqənin övladları bu tədris ocalqarında təhsil alırlar. Ancaq təəssüflər olsun ki, insanlar nurçuluğun Azərbaycan üçün hansı təhlükələr yarada biləcəyindən xəbərsizdilər.

İlkin baxışda onların ideyaları, təbliğatları insan üçün xoş gələ bilər. Ancaq məslənin mahiyyəti təmamilə baş bir şeydir. Nurçular xalqımıza bal içində zəhər yedizdirmək istəyirlər.

Əldə olan məlumat və faktlara əsasən nurçuların dini rəhbəri olan Fətullah Gülən bir başa xarici dövlətlərin xüsusi xidmət orqanları, məxsusən də Mossad və CİA kimi qrumlarla sıx əlaqədədir və onlara xidmət edir. Təbii ki, onların da Azərbaycan üçün də məxsusi planları mövcuddur.

Fətullah Gülən və camaatı ilk öncə təhsil sistemini ələ keçirərək ölkənin xüsusi qabiliyyət və istedadı ilə seçilən gənclərin və həmçinin yüksək vəzifəyə sahib olan insanların övladlarını təhsili ilə məşğul olaraq onlara öz prinsiplərini yeridirlər və gələckdə də həmin bu insanlardan istədikləri kimi istifadə edirlər.

Həmin şəxsləri müəyyən vasitələr ilə hökumətin müxtəlif idarə və qrumlarına yerləşdirərək öz ideya və prinsiplərini çox asanlıqla tətbiq etməyə başlayırlar.

Bugün Türkiyədə baş verən paralel dövlət məhz gələcəkdə Azərbaycanı gözləyə biləcək bir hadisə ola bilər. Bundan da ən acınacaqlısı millətimizin gəncliyinin əqidəsinin korlanmasıdır.

Tam məsuliyyəti ilə deyə bilərəm ki, nurçuluq Azərbaycan milli adət ənənələri və tarixi ilə daban-dabana zidiyyət təşkil edir. Şah İsamil Xətaini düşmən kimi qələmə verən bu ideyanın ölkəmizdə açıq şəkildə gənclərimizə təbliği xalqımızın dəyərlərinə qarşı başladılmış bir müharibədir.
Source : Islamtimes
Comment