0
Wednesday 26 March 2014 - 22:33

Netanyahunun son yuxuları

Story Code : 366182
Netanyahunun son yuxuları
Sionist Haartez qəzeti yazır ki, İranla Qərb arasında müzakirələr getsə də sionist rejim ordusu İrana hücum üçün parlamentdən 2.9 milyard dollar büdcə istəyib. Verilən məlumata əsasən, İsrail ordu komandanlarının son bəyanatlarında bildiriblər ki, Netanyahu və hərbi nazir orduya hazırlıq göstərişi verib. Məqsəd İranın nüvə təsisatlarına ehtimal olunan hücumun həyata keçirilməsidir.

Knessetin üç üzvü yanvar və fevral aylarında keçirilən komitə iclasında elan ediblər ki, İrana hücuma hazırlıq üçün 10-12 milyard şekel büdcə ayrılacaq. Təqribən eyni məbləğdə 2013-cü ildə İrana hücuma hazırlıq üçün büdcə ayrılmışdı. 

Knessetin bəzi nümayəndələri İranla 5+1 arasında müzakirələr müvəffəqiyyətlə getdiyi bir zaman belə böyük bir büdcənin ayrılmasını lazımsız görürlər. Ordu başçıları isə dövlətdən hücuma hazırlıq göstərişi aldığını iddia edir. Baş nazir və ordunun mətbuat xidməti mövzu ilə bağlı açıqlamadan çəkinir. Netanyahunun 2014-cü ildə İrana hücumla bağlı bəyanatları onun növbəti yuxusu sayıla bilər.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment