0
Wednesday 12 February 2014 - 18:34

Türkiyə-Suriya sərhədi Əl-Qaidə yuvasına döndü

Story Code : 350981
Türkiyə-Suriya sərhədi Əl-Qaidə yuvasına döndü
Türkiyə-Suriya sərhədi Əl-Qaidə yuvasına döndü
Təxminən üç ildir davam edən Suriya böhranı Qərb ölkələrinin təhdid anlayışlarını kökündən dəyişdirdi. Suriya böhranından əvvəl Əfqanıstan və Pakistan bölgəsindəki hadisələri öz ölkələrinə təhdid olaraq görən Qərb ölkələri indi Türkiyə-Suriya sərhədindəki yaşanan prosesləri özləri üçün təhlükə olaraq görür. Demək olar ki, hər gün qərb mətbuatında bu mövzuda xəbər və şərhlərə yer verilir. Bu məzmunda İngiltərədə nəşr olunan “The Times” qəzeti manşetdə verdiyi xəbərdə “Qərb Suriya sərhədində yeni bir terror təhdidi ilə qarşı-qarşıya” açıqlamasını yazdı. Adı çəkilən xəbərdə Türkiyə-Suriya sərhədinin casuslarla dolu olduğunu irəli sürən qəzet bu bölgənin İngiltərə, Avropa və ABŞ-ın təhlükəsizliyinə təhdid meydana gətirdiyini vurğuladı. “Qərb Suriya sərhədində yeni bir terror təhdidi ilə qarşı-qarşıyadır” başlıqlı xəbərdə “Suriya ilə Türkiyə arasındakı sərhəd dünyanın tanınmış kəşfiyyat təşkilatları önümüzdəki 10 ildə Qərbi hədəf alan terror hücumlarının qaynaqlanacağı ölümcül “terror ocağı” olaraq qəbul edir” deyildi.

Yeni Çəkic Güc yaranır?

1991-ci ilin iyulunda məqsədi Səddam Hüseynin mümkün hücumlarına qarşı Şimali İraq kürdlərinə zəmanət təmin etmək olan “Çəkic Güc” olaraq bilinən Amerikan, İngilis və Fransız əsgərlərindən ibarət olan güc Türkiyədə İncirlik və Pirinçlikdə atışmışdı. Çəkic Güc 77 təyyarə və vertolyota sahib idi və 1862 nəfərlik heyətdən meydana gəlmişdi. Şimali İraqdakı Zahoda da bir əlaqə mərkəzi vardı. Çəkic Gücün olduğu dövrdə PKK-lı terroristlərə dəfələrlə kömək təmin etdiyi iddia edilmişdi. 1994-cü ildə içində olduğu təyyarənin bilinməyən bir səbəblə qəzaya uğraması nəticəsində şəhid olan Jandarma Komandiri General Əşrəf Bitlisən o illərdə hazırlamış olduğu bir hesabatda “Çəkic Güc Şimali İraqda Kürd dövləti qurur” təsbitini etmişdi. Suriya mücadiləsi ilə birlikdə indi Türkiyə - Suriya sərhədi sanki Əl-Qaidənin yuvasına dönüb. Qərb media qurumları Türkiyənin Cənub Şərqinin Əl-Qaidə terrorçu yuvası ilə dolu olduğunu iddia edir. Mütəxəssislər proseslərin yeni bir Çəkic Gücü gündəmə gətirə biləcəyini söyləyir.

Sülh təmin edilməsi Türkiyənin xeyrinədir
Türkiyənin cənub-şərq sərhədləri onsuz da problemlidir. Bölgədəki böhranın ara qızışdırıcısı olan ABŞ Türkiyənin cənub-şərq sərhədlərini hələ də tanımış deyil. Suriya böhranı səbəbiylə təhlükəsizliyin yox olduğu və Yolkeçən bölgəsinə dönən 900 kilometrlik Türkiyə- Suriya sərhədi daha da mübahisəli vəziyyətə düşüb. Suriya böhranının uzanması bu mövzudakı qayğıları daha da artıracaq. Cenevrədə ikinci tur danışıqları başlayan Suriya Konfransında sülhün təmin edilməsi Suriyadan sonra ən çox Türkiyənin xeyrinə olacağını söyləyən strategiya mütəxəssisləri Türk Xarici İşlər Nazirliyinin bu həqiqəti görməsinin əhəmiyyətinə diqqət çəkdi.

“Əsəd qalsın” deyənlər çoxaldı
Böhranın əvvəlində Bəşər Əsədin getməsi üçün dirənən bir çox ölkə indi eyni fikirdə deyil. Çünki Əl-Qaidə əlaqəli Nusra Cəbhəsi kimi çox sayda qrupun gedərək gücləndiyi Suriyada Əsəd sonrası tam bir xaos gündəmə gələ biləcəyi düşünülür. Üç ildə yaşananları görən bir çox ölkə Suriyada üsyançıların hakim olmasındansa Bəşər Əsədin iqtidarda qalmasını artıq daha doğru olacağını düşünür. Suriyada üsyançıları geri addım atdıran və ölkədə nəzarəti möhkəmlətmə mövzusunda əhəmiyyətli məsafə qət edən Əsəd rəhbərliyi Cenevrə -2 Konfransına qatılıb hər mövzuda müzakirə edə biləcəklərini göstərərək sülh mövzusundakı dayanıqlılığını bir daha sübut etmiş oldu.
Source : İslamtimes
Comment