0
Saturday 19 April 2014 - 13:56

Üzərimizə düşən mühüm vəzifə

Story Code : 374499
Üzərimizə düşən mühüm vəzifə
Üzərimizə düşən mühüm vəzifə
Bildiyimiz kimi müsəlman olan bir ümmət kimi boynumuzda bir sıra mühüm vəzifələr var. Bir insan olaraq Allah qarşısında, İslam qarşısında və müsəlman bacı və qardaşlarımız qarşısında müəyyən vəzifələrimiz mövcuddur. Əgər bu vəzifələrimizi düzgün və layiqli şəkildə yerinə yetirə bilməsək bu zaman həm bu dünyada, hə də axirətdə aqibətimiz çox acınacaqlı olacaq. Bu sbəbədən də həqiqətən də gərək diqqətli olaq və bu dünyanın keçici zövq və istəkləri bizi vəzifəmizi yerinə yetirməyə mane olmasın.

Allah təalanın üzərimizə qoyduğu vəzifələrdən bir və demək olar ki, ən mühümü Allahın bizlərə bir nemət olaraq verdiyi müqəddəs dinimiz İslam dinini və onun ehkamlarını hətta canımız bahasına olsa belə müdafiə edib qorumaqdır. Hər vaxt din xətərə düşərsə bu zaman gərək müsəlmanlar canı bahasına olsa belə bu xətəri aradan qaldırsınlar. Müsəlmanlar gərək bu məsələdə süstlük etməyələr.
Məlum olduğu kimi ölkəmizdə də dinə qarşı, insanları yalnız və yalnız yaxşılığa və müsbət əxlaqi keyfiyyətlərə dəvət edən İslam dininin qayda qanunlarına qarşı süni şəkildə qadağalar tətbiq edilir. Bu qadağa özünü əsasən də Allahın qadınlar üzərinə bir vacibat kimi qoyduğu baş örtüyü məsələsində göstərir. İslam düşmənlərinin məhz hicabı hədəfə almaları heç də təsadüfi deyil. Çünki hicab həm qadının iffətli və namuslu olması üçün, həm İslamın cəmiyyətdə açıq şəkildə təbliğ və nümayiş etdirilməsi üçün bir vasitədir. Bugün düşmənin əsas məqsədlərindən biri cəmiyyəti pozaraq mənəviyyatsız insanlar yetişdirmkdən ibarətdir, çünki mənəviyyatı olmayan insanları tez təsir altına salmaq və istədiyin kimi idarə etmək olur. Cəmiyyəti pozmağın da ən yaxşı vasitəsi ilk növbədə qadınları açıq-saçıq geyinməyə təşviq etməkdir.
Ölkəmizdə bu planın həyata keçirilməsi, yəni qadınların hicabının əlindən alınması məktəblərdən başlayır. Düzdür ki, ilk öncə bütün məktəblərdə hicaba qadağa qoyulsa da halhazırda bu qadağa məkətblərin hamısında deyil, bir sıra məktəblərdə mövcuddur. Bunun da səbəbi məhz qeyrətli və şücatəli müsəlman möminlərin öz dinlərinə sahib çıxaraq bu qadağaya etiraz etmələri oldu.
Hacı Mövsüm, Hacı Abgül, Hacı Taleh və bunlar kimi xeyli sayda qardaşlarımız din qeyrətini çəkərək hətta canları bahasına belə olsa dinin müdafiəsinə qalxdılar. Onlar İslamın müdafiəsinə qalxmaqla düşmənin planlarını boşa çıxartdılar. Onlar göstərdilər ki, İslam tək deyil. İslamın müdafiəsində duran xeyli insanlar var və hər vaxt ki, din xətərə düşdü hazırdılar dinlərini müdafiə edələr və etdilər də. Düşmən də müsəlmanlarda olan bu müdafiə potensialını görərək dərhal şər və böhtan vasitəsilə müsəlmanların baş bilənlərini həbs etdilər.
Bugün gərək unutmayaq ki, həbsdə olan qardaşlarımıza qarşı üzərimizə çox ağır məsuliyyət düşür. Onlar məhz müqəddəs hesab etdiyimiz amallar uğrunda həbsdədirlər. Onlar mənim, sənin etməli olduğumuzu etdilər. Onlar vəzifələrinə əməl etdilər, indi isə növbə bizdədir. Onların düşmənin planlarını alt-üst edən müqavimət hərəkatlarını davam etdirmək bizim üzərimizə düşür. Bugün kimin imkanı hansı səviyyəyə çatırsa gərək qardaşlarımızın mübarizəsinə dəstək olsun. Bu hamımızın mübarizəsidir. Maddi imkanı olan öz pulu ilə, yazmağı bacaran öz yazısı ilə gərək həbsdə olan mücahidlərə dəstək olsunlar. Sosial şəbəkələrdə, qəzet və jurnallarda gərək bu şəxslər və onların mübarizə yolları gündəmdə ola. Düşmən onların yaddan çıxmasını, gündəmdə olmamasını istəyir və bunun üçün də müəyyən təbliğatlar aparır. Ancaq düşmən müqabilində biz də gərək fəaliyyətimizi artıraq. Onların yaddan çıxmasına imkan verməyək. Çünki onlar Azərbaycan cəmiyyətinin layiqli rəhbərlədirlər. Azərbaycana rəhbərliyi məhz bu cür şəxslər etməlidirlər. Bu zaman Allahın izni ilə Qarabağdan tutmuş bütün problemlərimiz həll oluna bilər.
Bir zaman Həzrəti Yusifi zindandan Misir hakiminə yüksəldən Uca Allah tez bir zamanda dövrün yusiflərini də bu məmləkətin hakimləri edər. Amin.
Source : İslamtimes
Comment