0
Friday 28 June 2013 - 12:41

İnsan Yaranışın hansı tərəfində yer tutur?

Story Code : 277532
İnsan Yaranışın hansı tərəfində yer tutur?
İnsan Yaranışın hansı tərəfində yer tutur?
Islam times.org/az/ - İnsan əgər istəsə ki mənaviyyatı pak və yaxşı olsun, əvvəl gərək yaranışın hədəfini tanısın ve sonra da ozünü o hədəfle birgə qərar versin yəni bu aləm hansı hədəflər üçün yarandığını və biz insanlar bu yaranışın hansi tərəfində yer tutduğmuzu bilməliyik və həyat proqramımızı bu yaranışın hədəfi ilə uyğunlaşdırmalıyıq.Hər kəs yaxşı görür ki bu aləmdə bir çox şeylər insanın ixtiyarına verilib yəni bir çox şeylərdən öz mənfəətləri üçün istifadə edə bilir.Səmadan yerdən dənizindən və onda olan şeylərdən faydalanır. Bu ona əlamətdir ki insan bu yaranışın ən mühüm tərəfində qərar tapıb.Necə ki buyurur EY ADƏM EVLADI HƏR ŞEYİ SƏNİN ÜÇÜN YARATDIM VƏ SƏNİ ÖZÜM ÜÇÜN YARATDIM.

Bir insan qarşısındakı şəxsə onun düşüncələrinin üstün olduğuna görə hörmət qoyur. Hər kəs bilikli ədəbli insana hörmət etməyi ozünə sanki vəzifə bilir. Ruhunun dərinliklərindən doğan bir haldir ki insan savadli və ədəbli şəxslərə ehtiram etsin.Biz yaxşı bilirik ki hər elm savad təcrubə dinlə qarışanda kamil olur yəni savadlı bir şəxsdən həmişə ədəb səbr təmkin vuqar əzəmət gözlənilir.Alimin etdiyi kiçik sehv boyük görünür. Deməli insan ilk novbədə elm və ədəb sahibi olmalıdır.Hz İmam Əli (ə) buyurur ki Allah rəhm eləsin o şəxsə ki bilir hardandır və hardadır və hara gedəcək.

Yuxarıda qeyd olundu ki elm dinlə qarışanda kamil olur bəs bu din nədir ki insan yaranışından bəri bu səda dinmir?

Luğəti mənası ibarətdir; Cəza, savab, Qiyamət günü, düzgünlük, Siyasət, Rə`y, Üslub, Adət, Hesab, Qəhr, Hökm, İtaət, Qəlb ilə təsdiq və bədən üzvləri ilə təslim olmaq, Vəhy Usuluna bağlanmaq və s. Xulasə Din insanların üzərində İlahi qanunlar toplumudur ki, Din Allah Təalanın bütün qanunlarını əhatə edir.Elm isə Cəhlin əksidir. Cəhl yəni bilməmək və həqiqətdən agah olmamaq. Elm Yəni bilmək və Həqiqətdən agah olmaq.Digər tərəfdən insan elə bir varlıqdır ki fərdi və ictimai yaşayışı üçün qanuna ehtiyacı var. İnsanı yaradan Allah ona hansı qanunların xeyr şər olduğunu daha yaxşı bilir.Mümkün deyil ki insan fərdi və ictimai yaşayışı üçün özü qanun qoysun. Deməli Qanunları bilmək həqiqətdən agah olmaq deməkdir. Bilmək həmən Elmdir nəticədə həqiqi elmin nəticəsi budur ki insan fərdi və ictimai yaşayışını düzgün,yaranışın hədəfinə uyğun proqramlaşdırsın.Quran buyurur ki: Üzünü və zatını Allaha təslim edən kəsdən daha gözəl dini olan kəs varmı. Aləm qanunlar əsasında vahid bir nizamla idarə olunur insan isə bu qanunların bir hissəsini icra etməkdə mühüm rol oynayır.o səbəbdəndə insan Allahın yer üzündə numayəndəsi seçilib.
Source : Islamtimes
Comment