0
Thursday 14 August 2014 - 22:32

İŞİD lideri İraqdan qaçdı

Story Code : 404837
İŞİD lideri İraqdan qaçdı
ANS PRESS-in məlumatına görə, terrorçu qruplaşmanın lideri 250 zirehli avtomobil karvanı ilə Mosuldan Suriyaya yola çıxıb.

Qeyd edək ki, bu ilin iyun ayında Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirən və son günlər ciddi məğlubiyyətlərə uğrayan İŞİD beynəlxalq ictimaiyyətin hədəfinə çevrilib.
 
Artıq ABŞ aviasiyası İŞİD-in mövqelərinə bir neçə dəfə zərbələr endirib. Terrorçu qruplaşmaya qarşı İraqda quru əməliyyatlarının başlaması istisna olunmur. Bu baxımdan İŞİD liderinin İraqı tərk etməsi gözləniən idi. Çünki Suriya ərazisində İŞİD lideri özünü təhlükəsizlikdə hiss edə bilər.
Comment