0
Wednesday 21 November 2012 - 21:10

Klinton İsrailin təhlükəsizliyinə təminat verdi

Story Code : 214109
Klinton İsrailin təhlükəsizliyinə təminat verdi
ABŞ xarici işlər naziri Hillari Klinton çərşənbə axşamı Beytül-Müqəddəsdə İsrailin təhlükəsizliyinin qorunması ilə bağlı vəd verib. Bu bəyanat sionist rejimin baş naziri ilə müştərək mətbuat konfransında səslənib. Öncə Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın, xarici işlər naziri Hillari Klintonun, ABŞ dövlət və millətinin İsrailə dəstəyinə görə, eləcə də Vaşinqtonun verdiyi RƏM sistemlərinə görə təşəkkürünü bildirib. Netanyahu deyib: “Biz vətəndaşlarımızın həyatını qorumaq üçün ciddi çalışırıq. Bu gün bizim mülki vətəndaşlarımız hədəfdədir. Dinc sakinlər arasında təlafatı azaltmağa səy göstəririk. Düşmənlərimiz isə daha çox zərbə vurmaqda israrlıdırlar. Aydın məsələdir ki, heç bir dövlət dinc sakinlərə hücuma dözməz. Diplomatik yolla böhranın aradan qaldırılması üçün hazırlığımızı bildirmişik. Əks təqdirdə İsrail əhalisini qorumaq üçün bütün tədbirləri görəcək. Bunu amerikalılara izah etməyə ehtiyac yoxdur. Obama, siz (Klinton), ABŞ xalqı bunu yaxşı bilir.” İşğalçı rejim başçısı 60 ildə axıdılan qanların üzərindən sükutla keçərək məzlum yəhudi sifətində ABŞ-a yardımlarına görə təşəkkür edib. Dünya miqyasında bir sayılı işğalçı kimi tanınan ABŞ-ın xarici işlər naziri işğal olunmuş torpaqlarda olmasından məmnunluğunu bildirib. O öz gəlişini müzakirələr üçün təsirli addım sayıb. Klinton deyib: “Obama məni aydın bir mesajla İsrailə göndərib. ABŞ İsrailin təhlükəsizliyinə zəmanət verir. Buna söz ola bilməz. Qəzzədəki vəziyyət bizim öhdəçiliyimizi daha da zəruriləşdirir.” Klinton hərbi cinayətlərə dəstək verən Ağ Evin adından deyib: “Qəzzədən İsrailə tuşlanmış raketlər dayandırılmalıdır. Məntəqədə sabitlik yaranmalıdır. Möhkəm sülhə nail olmaq lazımdır. ABŞ prezidenti Misir prezidenti Mursi ilə çoxsaylı danışıqlarında Ağ Evin məqsədlərini vurğulamışdır.”

ABŞ xarici işlər naziri Misir prezidentinə təşəkkür etmiş, onu məntəqənin aparıcı ölkəsi olaraq vəziyyətə nəzarəti üzərinə götürməsini istəmişdir. Klinton bu mesajları Qahirəyə çatdıracağını, Ramallahda Mahmud Abbasla görüşəcəyini də qeyd edib.

ABŞ xarici işlər naziri dəmir günbəz adlandırdıqları RƏM sistemləri ilə bağlı bunları deyib: “Bizim İsraillə həmkarlığımız bir öhdəçilikdir və İsrail xalqının müdafiə haqqıdır. Amma heç bir RƏM sistemi nöqsansız deyil. Bizi mülki yəhudi və ya fələstinlilərin ölümü narahat edir. Yaxşı bilirik ki, həssas durumdayıq.” Klinton qarşıdurmada zərər çəkənlərlə həmdərd olduğunu dilə gətirib. Klinton qarşıdakı günlərdə İsrailin təhlükəsizliyi istiqamətində Tel-Əvivlə həmkarlıq edəcəklərini söyləyib. İraq və Əfqanıstanda minlərlə insanın həyatına son qoymuş Ağ Ev rəsmisi utanmadan vurğulayıb ki, ABŞ-ın məqsədi məntəqədə sülh və sabitlikdir. Klinton sözünün sonunda İsrail baş naziri ilə faydalı müzakirələrə ümid etdiyini bildirib.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment