0
Tuesday 7 August 2012 - 18:08

Müharibənin başladığı gün

Story Code : 185706
Müharibənin başladığı gün
Müharibənin başladığı gün
Islam times.org/az/ - “Vədeyi-sadiq” əməliyyatından bir saat sonra Seyyid Həsən Nəsrullah təkidlə: “Sionistin iki əsirini almaq üçün bütün dünya birləşsə belə onları bizdən ala bilməzlər. İki əsirin Fələstinin işğal olunmuş torpaqlarına qaytarılması yalnız dolayı müzakirələr aparmaqla və livanlı əsirlərlə dəyişdirilməklə mümkündür”.

“Şərq Cihad və Müqavimət” qruplaşmasının verdiyi xəbərə görə çərşənbə günü, 21 tir 1385 - ci il (bərabər 16 cəmadi əs-sani 1427-ci il, miladi təqvimlə 12 iyul 2006-cı il) tarixdə, səhər saat 9 radələrində “Hizbullah” qoşunu Livanla işğal olunmuş Livan ərazilərini ayıran tikanlı məftilləri kəsərək “Şəba” məntəqəsinə daxil olurlar. Burada İsrailin “TP-5” piyada qoşunu ilə döyüşə girirlər. Döyüş ərzində sionistin “hummer” markalı iki hərbi maşını partladılır və maşında olan iki əsgər həlak olur. Sözügedən əməliyyatda həmçinin sionistin iki əsgəri isə əsir götürülür.
“Hummer” markalı partladılmış hərbi maşınlardan biri və kənarda, əsir düşmüş əsgərlərdən birinin hərbi təchizatı
Sionist əsgərləri “Hizbullah”ın keçirdiyi əməliyyatdan bir neçə dəqiqədən sonra özlərini hadisə yerinə çatdırırlar amma artıq gec idi.
Əsliyyəti avropalı olan “Eldad Rigo” və “Ehud Goldvaser”. “Hizbullah” qoşununa əsir düşmüş iki İsrail əsgərinin şəkili.
 
Hizbullahın keçirdiyi “Vədeyi-sadiq” hərbi əməliyyatından bir saat sonra Livan hizbullahının lideri Seyyid Həsən Nəsrullah keçirdiyi mətbuat konfransında əməliyyatın təfərrüatını bəyan edərkən təkid edərək qeyd etdi: “Sionistin iki əsirini almaq üçün bütün dünya birləşsə yenə onları bizdən ala bilməzlər. İki əsirin Fələstinin işğal olunmuş torpaqlarına qaytarılması yalnız dolayı müzakirələr aparmaqla və livanlı əsirlərlə dəyişdirilməklə mümkündür”.

“Vədeyi-sadiq” əməliyyatından sonra Seyyid Həsən Nəsrullahın konfransdakı çıxışından görüntülər

Seyyid Həsən Nəsrullahın müsahibəsi və öz mövqeyini bildirməsi axir-zamanda Əli (ə) şiələrinin “Bəni-Sehyon”la olan ən böyük müharibəsinin başlanğıcı idi.
İsrailin “Yediot Aharunut” 12 iyul 2005-ci il tarixli (“Vədeyi-sadiq” əməliyyatının keçirlidiyi gün) qəzetinin ilk səhifəsində əməliyyatda iştirak edən 8 İsrail əsgərinin rəsmi çap edildi. Qəzetin ilk titrində yalnız bu kəlmə yer almışdı: “Müharibə”


İSLAMTİMESIN TƏRCÜMƏ ŞÖBƏSİ - ABGÜL
Source : Islamtimes
Comment