0
Saturday 23 August 2014 - 17:05

“Taliban”a qarşı aparılan əməliyyatlarda 37 döyüşçü öldürülüb

Story Code : 406304
“Taliban”a qarşı aparılan əməliyyatlarda 37 döyüşçü öldürülüb
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan DİN açıqlama yayıb. Kunduz, Zabul, Loqar, Qazni, Paktika və Qor şəhərlərində həyata keçirilmiş antiterror əməliyyatları zamanı “Taliban”ın mövqelərinə ciddi zərbə endirildiyi qeyd olunur. Əməliyyatlar zamanı terror aktlarında istifadə üçün nəzərdə tutulmuş 12 partlayıcı aşkarlanıb.
Bildirilir ki, son zamanlar “Taliban” hərəkatı fəallığını artırıb və artıq müəyyən əraziləri ələ keçirməyi qarşıya məqsəd qoyub. Avqustun 19-da 700-ə yaxın qruplaşma üzvü Loqar şəhərində Əfqanısan təhlükəsizlik qüvvələrinə hücum edib.
“Taliban” döyüşçüləri hazırda əsasən yollarda və sərhəd keçidlərinə nəzarət edirlər. Belə ki, bu qruplaşma əsas gəlirini narkotik vasitələrin qaçaqmalçılığından əldə edir.
Comment