0
Tuesday 25 February 2014 - 00:18

“Dərin qulaq” Pensilvaniya

Story Code : 355149
“Dərin qulaq” Pensilvaniya
“Dərin qulaq” Pensilvaniya
Çevriliş şəbəkəsinin yalançı terror təşkilatı adları çıxararaq Baş nazir Ərdoğan, yaxın ətrafı, siyasətçi, jurnalist, yazar, QHT nümayəndələri və iş adamlarının aralarında olduğu minlərlə adamı 3 il boyunca dinlədiyi ortaya çıxdı.
Çağlayan Ədliyyəsindən Türkiyə tarixinin ən böyük dinləmə skandalına dəlil olacaq sənədlər çıxdı. Ədliyyədə vəzifəyə başlayan yeni prokurorların tapdığı və “paralel quruluşun” indiyə qədər İstanbul Respublika Baş Prokurorluğundan gizlədiyi 125 qovluq sənəd Türkiyədə minlərlə yazar, sənətçi, siyasətçi və alimin səs yazılarının qeydə alındığını ortaya qoydu.
Baş nazir Ərdoğan və yaxın ətrafı üçün “Salam Terror Təşkilatı” adlı bir təşkilat uyduran paralel quruluş 2011-ci ildən bu yana hər telefon danışığını dinlənilərək arxivləşdirdi. “Yeni Şafak” qəzeti olaraq oxucularımızın minlərlə adamın şəxsi həyatına illərcə təcavüz edən bu qaranlıq təşkilat haqqında cinayət işinin açılması barəsində müraciət etməyə çağırırıq.
Dövlətin bütün təşkilatlarına sızan “paralel quruluşun” hökuməti devirdikdən sonra siyasətçi, jurnalist, yazıçı və qeyri-hökumət təşkilatları nümayəndələrinin də aralarında olduğu minlərlə şəxsi həbs etmə planına bağlı sənədlər ortaya çıxdı. Qorxunc plan İstanbul Respublika Baş prokurorluğunun 17 dekabr və 25 dekabr əməliyyatlarından sonra deşifrə oldu. Çağlayan Ədliyyəsində vəzifəyə başlayan yeni prokurorlar İstanbul Respublika Baş Prokurorluğunda gizlədilən 125 qovluğu ələ keçirdi. Paralel quruluşun gizli dinləmə siyahısında qovluqlarda olan 3 mindən çox şəxsin müxtəlif istintaqlar daxilində illərcə dinlənildi.

Salam terror təşkilatı!

Paralel məhkəmə üzvlərinin imza atdığı qeyri-qanuni dinləmələr üçün müxtəlif istintaqlar istifadə olundu və dinlənilmiş adlar bu qovluqlara daxil edildi. Bəzi adlar 17 dekabr- 25 dekabr əməliyyatları çərçivəsində, bəziləri isə daha əvvəlki Gəzi Parkı hadisələrinə bağlı istintaq daxilində dinlənildi. Gəzi parkı ilə əlaqəsi olmayan bir çox adı Gəzi istintaqına daxil edərək “arxivlənməsi” diqqət çəkdi. Baş Prokurorluq araşdırmanı dərinləşdirdikcə paralel quruluşun başda Baş nazir Ərdoğan olmaqla Türkiyənin tanınmış şəxslərini dinləmək üçün bir “terror təşkilatı” uydurduğunu da ortaya çıxardı. 2011/762 nömrəli istintaq materialının daxilində az qala bütün Türkiyəni özlərinin uydurduğu “Salam Terror Təşkilatı” bəhanəsiylə dinləyən paralel quruluş dinləmə işini 7 fevral 2012-ci ildəki MİT böhranından əvvəl 2011-ci ildə başladı.

Prokuror Adnan Çimen
2011-ci ildə dörd səhifəlik bir məktubla başlayan istintaq keçmiş Xüsusi Səlahiyyətli Respublika Prokuroru Adnan Çimen təlimatıyla həyata keçdi. İstintaqı daha sonra TMK Prokuroru Adnan Özcan davam etdirdi. İstintaqı icra edənlər dörd səhifəlik məktubun bir kənarına “Tayyib Ərdoğan” yazdı. Sənədlərin üzərindəki “Tayyib Ərdoğan” ifadəsi daha sonra əlavə bir ox işarələriylə diqqətə çarpan hala gətirildi. 5 nəfərlə başlayan istintaqa əvvəl Baş nazir Ərdoğan, daha sonra məsləhətçiləri olmaqla Baş nazirin bütün ətrafı daxil edildi. Daha sonrakı tarixlərdə istintaq bəhanəsiylə siyahıya qeyri-hökumət təşkilatları nümayəndələri, jurnalistlər, yazarlar, təhsil işçiləri, iş adamları, siyasətçilər, media qurumları ofisləri və banklar da əlavə edildi.

Arxiv belə meydana gəlib

Prokurorluğu ilkin araşdırmasına görə dinlənən şəxslərin sayı 3064 nəfərdir. Lakin təqib olunan adların daha çox olduğu qeyd edilir. Dinlənən şəxslərlə əlaqəli olaraq on minlərlə şəxsin telefonunun illərcə dinlənildiyi ehtimal olunur. Dinlənən bəzi nömrələrin qarşısında “X”, ya da “Ahmet”, “Mehmet”, “Merve”, “Sevda” kimi adların olması diqqət çəkir. Baş prokurorluq indi bu şəxslərin kim olduğunu təsbit etməyə çalışır. Bu adlardan kimlərin məhkəmə qərarı və ya hansı səbəblə dinlənilməsi hələ bilinmir. Telefonu dinlənilən şəxslərin ticarət sirlərinin üçüncü şəxslərə verilib-verilmədiyi, şantaj edilib-edilməməsi araşdırılır.
Source : Islamtimes
Comment