0
Monday 27 October 2014 - 18:29

İŞİD “Kürdüstan vilayəti” qurur

Story Code : 416772
İŞİD “Kürdüstan vilayəti” qurur
İŞİD (İraq Şam İslam Dövləti) “kürd problemlərini həll etmək” çərçivəsində Cəlula, Dakuk, Havice, Reşad, Molla Abdullah, Abbasiyə və Yenicə bölgələrinə kürd valilər, əmirlər və qazilər təyin etdiyini iddia edib.
Suriya və İraqın bir hissəsini əhatə edən torpaqlarda şəriət qurduğunu elan edən və ilk xəlifə olaraq Əbubəkir Bağdadini seçən İŞİD, “kürd problemini” həll etmək istiqamətində addımlar atdığını açıqlayıb:  “40 ildir kürd problemi ilə boğuşan və heç cürə həll edə bilməyən Türkiyədən fərqli olaraq, İslam Dövləti üç ay içində bu problemi həll edib. Möminlərin əmiri və xəlifəsi doktor Şeyx Əbubəkir Bağdadinin şəxsən üzərində işlədiyi “İslam Dövlətinin kürd problemini həll etməsi” layihəsi, nəhayət, sona çatıb. Bu layihəyə uyğun olaraq, İslam Dövləti azad etdiyi Kürdüstana kürd əmirlər, qazilər və valilər təyin edəcək”.
Bəyanatda problemin həlli üçün pilot bölgələr seçildiyi də iddia edilir: “Bütün sistem qurulub.  Artıq Cəlula, Dakuk, Havice, Reşad, Molla Abdullah, Abbasiyə və Yenicə bölgələrinə kürd valilər, qazilər və əmirlər təyin edilib. İslam Dövləti Şimali İraq və Şimali Suriyanı əhatə edən bölgədə Kürdüstan vilayəti qurur. Kürdlərin uzun müddətdən sonra özlərini idarə etməsi təmin ediləcək”.
 
 
Comment