0
Tuesday 7 December 2010 - 17:49

İman və ictimai məsuliyyət

Story Code : 46177
İman və ictimai məsuliyyət
İman və ictimai məsuliyyət
Rəhman və Rəhim Allahın adı ilə

الحمدلله رب العالمين والصلاه والسلام علي سيدنا ونبينا و حبيب قلوبنا ابي القاسم
محمد (ص) و لعنه الله علي اعداءهم اجمعين.

Hüzünlü məhərrəm ayı astanasındayıq. Təbii ki, siz tələbələrin əksəri təbliğ vəzifəsini yerinə yetirmək üçün Azərbaycana səfərə harzılaşırsınız. Şübhəsiz ki, Aşura hadisəsindən sonra bu hadisəyə, İmam Hüseynin (ə) ali məqsədlərinin həyata keçirilməsinə münasibətdə hər bir müsəlmanın vəzifəsi çox ağırdır. Hər bir müsəlman bu mövzuya münasibətdə hansı vəzifələri yerinə yetirməli olduğunu müəyyənləşdirməlidir.
Hər il məhərrəm ayı yaxınlaşdıqda İranda, əhalisinin əksəriyyəti şiə olan Azərbaycanda, hətta sünnə əhlindən olan bəzi qruplar arasında qəribə bir şövq yaranır. Əzadarlıq məclisi qurulur, ehsan verilir, nitqlər söylənilir, mərsiyə oxunur. Heyətlər əzadarlıq edir. Bunlar xalqın öhdəsinədir. Həmd olsun Allaha xalq bu işin öhdəsindən yetərincə gəlir. Belə görünür ki, Aşura hadisəsinin əsil yükünün xalqın çiynində olması Allah-taalanın sünnəsidir. Bu ənənələr bir nəsildən o birinə ötürülür və nəhayət İmam Mehdinin (əc.) dövrünə çatdırılasıdır.
Amma bir ruhani olaraq mənim və sizin vəzifəmiz nədir? Biz bu mövzu barədə düşünməliyik. Bilməli və inanmalıyıq ki, öhdəmizdə ağır bir yük var. Kərbəlada olmasaq da, belə bir tövfiqə çatmasaq da, İslam yolunda tökülmüş pak qanların qorunması üçün məsuluq və bu ağır məsuliyyət qiyamət gününədək çiynimizdədir.
Biz ilk növbədə hər il Aşura hadisəsini nəzərədən keçirməli, onun mühüm nöqtələrini diqqət mərkəzində saxlamalıyıq. Etiqadımızı imamət və şəhidlərə münasibətdə hər il daha da gücləndirməliyik.
Təəssüflər olsun ki, elə bu elm hövzələrində geriyə addım atanlar tapılır. Onlar ömürləri keçdikcə İmam Hüseyn (ə) və Əhli-beytə bağlılıqlarını gücləndirmək əvəzinə ziyalınümaların tələsinə düşür və Əhli-beyt eşqindən günbəgün uzaqlaşırlar. Bir vaxt şübhə yaratdılar ki, İmam Hüseynə (ə) ağlamaq nə üçündür? Hətta peyğəmbər nəslindən olsa da 1400 il bundan qabaq şəhadətə yetmiş birinə nə üçün ağlamalı, əzadarlıq etməli, sinə vurulmalıdır? Ağlamağı bir kənara qoyaq və bu hadisənin zülmlə mübarizə yönünü özümüzə nümunə götürək. Bu onların ortaya atdığı şübhələrdir. Hansı ki həzrət Peyğəmbər (s) özü Cəbrail (ə) İmam Hüseynin şəhadət xəbərini gətirəndə ucadan ağlamışdır. Bu sözlər təkcə şiə kitablarında yazılmayıb. Sünnə əhli kitablarında da həmin xəbərlər qeydə alınıb. Məsələn, Təbəraninin “Mocəmul-kəbir” (معجم الكبير) kitabının 3-cü cildində Ümmü-Sələmənin dilindən belə nəql olunur:

كان رسول الله (ص) جالساً ذات
يومٍ في بيتي فقال لا يدخل عليّ أحدٌ فانتظرت فدخل الحسين عليه السلام
فسمعت نشيج رسول الله (ص) يبكي فإذاً حسين في يمسحه جبينه و هو يبكي فقلت والله ما علمت حين دخل فقال إنّ جبرئيل كان معنا في البيت
فقال تحبّه؟
نعم، قال إن أمّتك ستقتل هذا بأرض يقال لها كربلا فتناول جبرئيل من
تربتها فأراها النبي

Bir gün Peyğəmbər (s) mənim evimdə idi. Yanına heç kəsin gəlməməsini buyurdu. Gördüm ki, Hüseyn otağa daxil olur. Peyğəmbər ağlamağa başladı. İmamı qucağına alıb nəvaziş göstərdi. Öz-özümə dedim ki, Hüseyn nə vaxt otağa daxil oldu? Bu barədə Peyğəmbərdən soruşdum. Mən hücrənin kənarında idim, Hüseyn nə vaxt sizin yanınıza gəldi? Həzrət (s) buyurdu: “Hüseyn mənim yanıma gəldi, Cəbrail də orada idi. Cəbrail soruşdu ki, ey Allahın rəsulu, bu övladını çoxmu istəyirsən? Mən bildirdim ki, onu sevirəm. Cəbrail mənə xəbər verdi ki, sənin ümmətin onu Kərbəla deyilən yerdə qətlə yetirəcək. Cəbrail ovucunda mənə Kərbəla torpağını göstərdi.” Bu sözləri Peyğəmbər Ümmü-Sələməyə deyir. Bundan sonra isə ucadan ağlamağa başlayır.
İmam Hüseynə (ə) ağlamaq mövzusu çox mühüm bir mövzudur. Əzadarlıq mərasimlərində Aşura hadisəsinin siyasi məqsədlərini aydınlaşdırmağımız öz yerində, bu hadisənin dərslərini xatırlamalıyıq. Amma əzadarlığın öz ənənələri var. Əgər bu hadisələri təhlil etmək gücümüz olmasa nə edək? Axı xalqın təhlili dərk etmək gücü eyni səviyyədə deyil. Ən əsas məsələ əzadarlıq mərasiminin təmtəraqlı olmasıdır. Bu əzadarlıqların şüarlarına əməl etmək lazımdır. Eşitdiyimizə görə Azərbaycanda xalq əzadarlıq mərasimlərini ciddi keçirir. Sizin mühüm vəzifələrinizdən biri budur ki, bu əzadarlıqları, göz yaşlarını ildən ilə gücləndirəsiniz.
Bu barədə sünnə əhli kitablarında da yazılıb. Əzadarlıqla bağlı təkcə bizim kitablarımız məlumat vermir. Sünni kitablarında yazılır ki, Kərbəladan sonra İmam Səccad (ə) 40 il ağladı. Bu 40 il ifadəsi sünnə əhli kitablarında qeyd olunub. Düşünməyək ki, əzadarlıqda bir damla göz yaşı ilə kifayətlənməliyik.
Ağlamağın gücü insanın İmam Hüseynə (ə) münasibətdə mərifətindən asılıdır. Az ağlayanın mövzu ilə tanışlığı azdır. Xalqı bu günlərdə hüzünlü olmağa təşviq edin. Hədisdə nəql olunur ki, İmam Sadiqin (ə) hüzurunda İmam Hüseynin (ə) adı çəkiləndə növbəti gecəyədək üzü gülməzdi. Məqsəd öz ata-babalarına görə qəmlənmək olmayıb. Onlar şiələrə Aşura hadisəsinin hüznünü anladıblar.
Digər bir nöqtə qara libas geyinməkdir. Hələ İranda inqilabdan qabaq bir qrup ziyalı irad tutdu ki, qara libas geymək sağlamlığa zərərlidir. Onlar bu sözlərlə xalqı əzadarlıq ruhiyyəsindən ayırmağa çalışırdılar. Məqsədləri xalqın sağlamlığı deyildi. İnqilabdan öncə spritli içkilər ölkəni bürümüşdü. Bütün bu fəsadlar xalqa min qat artıq zərbə vurduğu vaxt susur, qara libasın zərərindən danışırdılar. Sünnə əhli kitablarında da İmam Hüseynin şəhadəti münasibəti ilə qara libas geyinmək mövzusu qeyd olunub.

لمّا قتل الحسين بن علي عليه السلام لبس نساء بني هاشم السواد

İmam Hüseyn (ə) öldürüldükdən sonra Bəni-haşim qadınları bütünlüklə qara libas geyindilər.

و كنّ لا يشتكين من حرٍ و لا بردٍ

Havanın isti-soyuqluğu yox, əza libası nəzərdə tutulurdu. İbn Əbül-hədid nəql edir ki, həzrət Əli (ə) şəhadətə çatandan sonra İmam Həsən (ə) qara geyindi. Bir neçə gün öncə dərsdə qeyd etdim ki, İmam Hüseynlə (ə) bağlı hadisələrdə istisnalar var. Kərbəla türbətindən (torpağından) bir qədər yeməyə icazə verilir, hətta bu iş müsbət sayılır. Bu türbətdən yeməklə şəfa da tapmaq olar. Amma Məscidül-həramın torpağından heç vəchlə yemək olmaz! Hətta şəfa məqsədi ilə yemək bidət və həramdır. Bu baxımdan Kərbəla torpağı istisna təşkil edir. Allah-taala bütün yer üzündə yalnız bu məkan üçün istisna qərar verib. Şivən qoparmaq bütün hallarda məkruh sayıldığı zaman İmam Hüseynin (ə) əzadarlığında istisna edilib. “Vəsailuş-şiə” kitabında bu barədə yazılır.

كلّ الفزع و البكاءمكروهٌ إلا الفزع والبكاء لأبي عبدالله الحسين عليه السلام

Bir rəvayətdə İmam Baqir (ə) bu mövzuya toxunaraq buyurur: “Şivən fəryad qoparmaq, vaveyla deməkdir.” Əzadarlıqda İmam Hüseynə (ə) xatir şivən qoparmağın mənasını anlamayanlar etiraz edir. İmam Baqirdən (ə) nəql olunmuş həmin rəvayətdə şivən qoparmaq, vaveyla demək, başa, üzə və sinəyə vurmaq təqdir olunur.
Deyirlər ki, sinə vurmağın dəlili nədir? Bizim dəlilə ehtiyacımız yoxdur. İnsan sağlamlığına mühüm zərəri olmayan bütün hərəkətlər İmam Hüseyn (ə) əzadarlığında icazəlidir. Məgər atasını itirmiş oğul belə etmirmi? Kimsə onu ağılsızlıqda qınamır. Başa və sinəyə vurmaq, hətta saçı yolmaq əzadarlıq göstəricisidir.
Sözümün qayəsi budur ki, din və məktəb düşmənləri Aşura əzadarlığını əlimizdən almaq istəyirlər. Həm İranda, həm də Azərbaycanda belə çirkin layihələri həyata keçirmək istəyənlər var. İranda İslam İnqilabından öncə məlun Rza şah dövründə müxalifətlər başladı, məscidlərin və hüseyniyyələrin qapıları əzadarların üzünə qapandı. Elan etdilər ki, kimsənin rövzə oxumaq, əzadarlıq etmək haqqı yoxdur. Ruhanilərə ruhani libası qadağan edildi. Bütün bunların səbəbi o idi ki, Aşura hadisəsi unudulsun. Şübhəsiz ki, bu işi görmək kimsənin gücündə deyil. Amma biz ayıq olmalıyıq. Məhərrəm günlərində minbərə qalxdıqda elə ilk gün gənclərə tövsiyə edin ki, qara geyinsinlər. Bu şiələr üçün bir şüardır. Aşuraçılar qara geyinir, hüseynçilərin “canımızdan keçərik” deməsi düşməni narahat edir. Deyirlər qara libasın zərəri var. Qara libasın zərərli yox, məkruh olduğu söylənilir. Əzadarlıq isə istisnadır. İnsanların fikrini dolaşdırmağa çalışırlar.
Əgər İslamın yaşamasını istəyiriksə (məhərrəm və səfər aylarına xüsusi diqqət ayırın) İmam Rahilin buyurduğu kimi İslam məhərrəm və səfərin bərəkəti ilə yaşayır. Məhərrəm ayını böyük əzəmətlə keçirtmək lazımdır. Həzrət Peyğəmbər (s) özü buyurur: “Mənim davamım Hüseyndəndir.”
Əzadarlıqla bağlı məntiqsiz iradlar deməyə kimsənin haqqı yoxdur. Bəzən iki məscid arasında 200 metrlik fasilə olur. Deməyin ki, məscidin birini bağlayıb hamılıqla o birinə toplanaq. Qoy bütün məscidlərdə, hətta evlərdə əzadarlıq edilsin. İnsanları həvəsləndirin ki, məscid və hüseyniyyələrdən kənarda mənzillərində də belə mərasimlər qursunlar. Mən Azərbaycanda bu mövzu ilə bağlı vəziyyəti bilmirəm. İranda Pəhləvi rejimi əzadarlığa qadağa qoyanda isanlar mərasimləri evlərdə keçirirdilər.
Məscid və hüseyniyyələrdən əlavə evlərdə əza qurmaq, ehsan vermək yaxşıdır. Qısası, bu ongünlükdə cəmiyyətdə bir hüzn yaşanmalıdır. Unutmayın ki, bizə qarşı hər gün çirkin planlar cızılır. Gündə bir mövzu ortaya atırlar. Onlardan biri də hicab mövzusudur. Hicab dinin zəruri hökmlərindəndir. Qurani-Kərimdə bu barədə qətiyyətli bir ayə var:

يَا أَيُّهَا النَّبِىُّ قُلْلِاَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْجَلَابِيبِهِنَّ

Allah-taala Peyğəmbərə buyurur ki, qadınlara, qızlara və mömiə xanımlara “cəlbab” örtmələrini tapşır. Bütün lüğət kitablarında “cəlbab” sözü çadra mənasını bildirir. Ayədə qeyd olunmuş cəlbab başdan ayağadək qadını örtən hicabdır. “Cəlbab” “ximar”-dan fərqlidir. Ximar başdan sinəyədək hissəni örtən məqnədir. Cəlbab isə qadını başdan ayağadək bürüyür. Bu ayə nazil olduqdan sonra Peyğəmbərin xanımları, Mədinə qadınları, mühacir və ənsardan olan xanımlar evdən bu qara örtüklə çıxdılar. Yəni “cəlbab” elə qara parça mənasını da bildirir. Bunlar isə iddia edirlər ki, hicab qadının cəmiyyətə qatılmasına mane olur. Guya hicab mane olur ki, qadın təhsil alsın, işləsin. Bütün bunlar bəhanədir. Əsas səbəb budur ki, hicab İslamın atributudur. Düşmənlər onu səhnədən çıxarmaq istəyir. Məqsədləri hicabın zərərli olub-olmaması deyil.
Əzadarlıq da bu qəbildəndir. Əzadarlıq da, hicab da İslamın atributlarıdır. Onlar bir bəhanə ilə bu atributları məhv etməyə çalışırlar. Axı körpə bir uşaq çadralı qadın görəndə bunun səbəbini soruşur. Uşağa cavab verməli olursan ki, Allah, İslam, Quran belə buyurub. Beləcə düşüncələr ilahi dəyərlərə yönəlir. Amma qadın çılpaq şəkildə cəmiyyətə çıxdıqda başqa varlıqlardan seçilmir.
Mənə çatan məlumata görə Azərbaycan Respublikasında bəzi nazirlər təhsil ocaqlarında hicaba qadağa qoyublar. Ümid edirəm ki, bu xəbər yanlış olar.
Xalqı oyadın. Nə üçün 80 faizi şiə olan bir məmləkətdə kimsə Qurana hücum etməlidir?! Əgər məlun Rafiq Tağı Peyğəmbəri təhqir edəndə Azərbaycan xalqı onu lazımınca cəzalandırsaydı bu gün vəziyyət başqa şəkildə olardı. İndi hicab məsələsi gündəmdədi. Əgər biganəlik göstərsəniz qarşıdakı illərdə sizin üçün daha dərin quyular qazılacaq. Bizim öz ölkəmizdə də belə olub. Hicaba qadağa ilə başlayıblar, sonra İslam tarixini dəyişiblər. Mərhum Ayətullah-üzma Bürucerdinin vəfatından sonra Quranın hökmlər hissəsinə əl uzatdılar. Bütün bu çirkin addımlar bir-birinin ardınca gəlib. Hamı gözəl bilir ki, örpəklə sinifdə əyləşib dərs keçməyin heç bir zərəri yoxdur. Hicaba müxalif olan şəxs müsəlman deyil və Quranla vuruşur. Hicaba qarşı addım dini zərurətlərə qarşı addımdır. Buna şübhə etməyin. Bu səbəbdən də ayıq olmağınızı istəyirəm. Söhbət hicab söhbəti deyil. Əgər xatırlasanız ötən il minarələrdən azana qadağa qoydular. Təəssüf ki, hökumətə bağlı yüksək rütbəli ruhanilərin də bir qismi onlarla razılaşdı. Sonra məscidləri sökməyə başladılar. Bütün bu hadisələri xronoloji ardıcıllıqla nəzərdən keçirsəniz görərsiniz ki, bütün bunlar öncədən hazırlanmış bir layihədir. Məqsəd Azərbaycanda İslamı məhv etməkdir. Bir gün azanla müxalif olur, başqa bir gün məscidi bağlayır, növbəti gün hicab və əzadarlıqla müxalifətə başlayırlar. Ən əsası budur ki, biz nə baş verdiyini anlayaq.
Ötən gün xatirəsinə konfrans keçirilmiş Mərhum Hacı Şeyx Əbbas Qummi ictimai proseslərdə İslam dəyərlərinin fədakar müdafiəçisi olan və bu yolda şəhadət məqamına çatan Şeyx Fəzlullah Nurini yada salaraq deyir: “O şəhadətə çatıb, ərşi-əlaya yüksəldi.”

إنّما المصيبة فيمنقلّت بصيرته

Bəli dərd bəsirəti olmayanların dərdidir. Əgər hazırkı dövürdə agahlığımız az olsa, hər şeyi əldən verəcək, dinimiz və dünyamızdan məhrum olacağıq. Nə üçün Azərbaycan Respublikasında təqlid mərcəsinin risaləsi qadağan edilməlidir?! Dövlət dinlə müxalif olduğunu həm mərhum atamın dövründə, həm də hazırda ortaya qoymaqdadır. Bütün bunlar İslama qarşı bir layihədən danışır. İslam və şiəliyə qarşı bir cərəyan axmaqdadır. Bu hadisələr qarşısında siz tələbələrin məsuliyyəti ağırdır. Minbərdə həqiqətləri xalqa çatdırın. Allahın dinini yaymaqdan qorxmayın. Axı əllərindən nə gəlir? Həbs edəcəklərsə, şəhadətə çatdıracaqlarsa, bütün bunlar ali bir məqama çatmaqdır. Bütün bunları imamlarımız arzu ediblər. Allahın istəyi olmadan zərrəcə zərər vura bilməzlər. Qorxunub bir kənara qoyub həqiqətləri bəyan etmək lazımdır.
Özünüz oxumusunuz ki, Müaviyənin ölüm xəbəri Mədinəyə çatanda Mədinə valisi Şamın göstərişi əsasında İmam Hüseyndən (ə) Yezidə beyət etməsini istədi. Abdullah ibn Zübeyr və Abdullah ibn Ömərdən də beyət tələb olunurdu. Abdullah ibn Zübeyr gecə yarı Mədinədən Məkkəyə qaçdı. Növbəti gün İmam Hüseyn (ə) valinin iqamətgahına gəlib məqsədlərini soruşdu. Vəlid ibn Ütbə dedi ki, Müaviyə dünyadan gedib və sən Yezidə beyət etməlisən. Görün İmam Hüseyn (ə) bu təklif qarşısında necə reaksiya göstərdi? Demədi ki, fikirləşərəm, bir qədər möhlət verin. Qətiyyətlə bir ayə oxuyub

إنّا لله و إنا اليه راجعون
buyurdu:

إذا بليت الامةبراع مثل يزيد و علي الاسلام السلام

Bəli, cəmiyyətdə İslama qarşı addım atıldıqda bu ayəni oxuyub Allaha təvəkkül etmək və mübarizə aparmaq lazımdır. Hicabla müxalifət varsa, eynən belə addım atın.
Niyyətiniz xalis olsun, təlaşınızı artırın, Allaha təvəkkül edin. Allahdan yardım diləyin ki, bu təbliğ səfərində xalqa səadət yolunu göstərə biləsiniz. Başdan-başa zülmətə bürünmüş bu qatışıq dünyada səadətə açılan yeganə pəncərə din, mənəviyyat, İmam Hüseyndir (ə). Yalnız onlar insanın əlindən tutub bu zülmətdən xilas edə bilər. İnşallah, Allah hamınıza yardımçı olsun. Allaha təvəkküllə uğurlu bir səfər keçirəsiniz. Nəfəsləriniz o qədər təsirli olsun ki, İslam və məktəb düşmənlərinin çirkin planları puça çıxsın. Vəssəlamu ələykum və rəhəmtullahi və bərəkatuh 

/HaqqYolu/
Comment