0
Friday 15 August 2014 - 14:06

Azərbaycanın tanınmış ilahiyyatçılarından Qarabağ bəyanatı

Story Code : 404892
Azərbaycanın tanınmış ilahiyyatçılarından Qarabağ bəyanatı
Azərbaycanın tanınmış ilahiyyatçılarından Qarabağ bəyanatı
Ermənistanın qəsbkarlıq siyasəti hər gün Azərbaycan əsgərinin ölümü və ya yaralanması addımını davamlı hala gətirmişdir. Bu isə atəşkəs şəraitində bir daha Ermənistanın mənfur siyasətini hər kəs üçün sərgiləməkdədir.
Bütün bu hallara qarşı rəşadətlə mübarizə aparan şəhadəti, torpağı uğrunda ölümü baş ucalığı bilən Azırbaycan əsgəri xalqın güvən yeri, millətin şərəf mənbəyidir. Hər bir Azərbaycanlı vətəni uğrunda şəhid olan əsgəri ilə qürur duyur. İnsanlığın ali məqamına yüksələn şəhidlərimiz öz müqəddəs qanları ilə bir daha “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını tarixə yazaraq onu əbədiləşdirməkdədirlər.

Biz, Azərbaycan ruhaniləri torpağımızın bölünməzliyi uğrunda gedən mübarizəni birmənalı olaraq dəstəkləyir və Azərbaycan əsgərinin bu pak amal uğrunda mübarizəsində onunla bərabər olduğumuzu bəyan edirik. Şəhid olmuş hər bir əsgərə Allahdan rəhmət, yaxın və ailə üzvülərinə səbr diləyirik. Azərbaycan ruhaniyyəti Milli Mənəvi dəyərlərimizə edilən istənilən hərəkəti pisləməklə yanaşı bu addımlara qarşı mübarizədə xalqımızın yanında olduğumuzu, torpaqlarımızın işğaldan azad olunması uğrunda son damla qanımıza qədər mübarizə aparacağımızı qürurla bəyan edir.
Xalqımız üçün şəhidlər əbədi yaşayacaq azadlıq carçıları, xalqın milli kimliyini tərənnüm edən inanc mənbəyidirlər.

İlahiyyatçılar:

1. Mirkazım Əyyubzadə.
2. Toğrul Nuriyev.
3. Niyaməddin Əhmədov.
4. Emil Rahiloğlu.
5. Zülfüqar Mikayılzadə.
6. Ramil Hüseynov.
7. Elçin Qasımov.
8. Fazil İmanov.
9. Sahib Məmmədov.
10. Qürbət Abdulov.
11. Azər Qafarov.
12. Mirayaz Xeyrullahyev.
13. Şahin Həsənov.
14. Rauf Hüseynov.
15. Əli Nur.
16. Ramil Bədəlov.
17. Elgün Axundov.
18. Ilqar Rəcəbov.
19. Ilqar Əliyev.
20. Abgül Süleymanov.
21. Elman Ağayev.
22. Elçin Manafov.
23. Nəsimi Əsgərov.
24. Vale Nəsirov.
25. Mahmud Əsgərov.
26. Əfqan Muradov.
27. Cəmil Həsənov.

Bakı şəhəri, 13 Avqust 2014-cü il.
/İslamazeri/
Source : Islamazeri
Comment