0
Saturday 10 May 2014 - 10:57

Komitə nə işlə məşğuldur?

Story Code : 381898
Komitə nə işlə məşğuldur?
Komitə nə işlə məşğuldur?
Bir neçə gün əvvəl prezident İlham Əliyev imzaladığı sərəncamlarla bəzi rayon icrah hakimiyyətlərinin başçılarını dəyişdi və Dini İşlər üzrə Dövlət Komitəsinə Milli Təhlükəsizlik Nazirliyinin zabiti Siyavuş Heydərovu sədrin müavini təyin etdi.

Elşad İsgəndərovun komitə sədri vəzifəsindən azad edildikdən sonra bu posta hələ ki, heç bir təyinat olmayıb, sədrin səlahiyyətlərini isə Azərbaycanın İstambuldakı keçmiş baş konsulu, Elşad İsgəndərovun birinci müavini Səyyad Aran həyata keçirir.

Səyyad Aranın hətta bəzi dostları onu sədr olacağını düşünüb indidən təbrik də ediblər. Lakin hələlik İlham Əliyev Komitəyə sədr təyin etməyib, yalnız müavin postuna MTN zabitini gətirib. Bu fakt mətbuatda da az müzakirə olunmadı. Xüsusilə dindar kəsim arasında Siyavuş Heydərovun təyinatı birmənalı qarşılanmadı.

Bunun da səbəbi təsadüfi deyil, belə ki, sovetlər dönəmində dindarlar məhz KQB-in əlindən az əziyyət görməyiblər, sonrakı illərdə də MTN sələfi olan təşkilatın dindarlara qarşı həyata keçirilən “əcinə ovu”nu davam etdirib. Ekspertlər isə bu təyinata loyal yanaşır, onların fikrincə hakimiyyət Dini İşlər üzrə Komitəsi kimi həssas bir təşkilata MTN zabitini yerləşdirilməsi, həm də hazırkı vəziyyətdə anlaşılandır. Çünki Suriyaya gedən sələfilər, nurçular kimi mövzular istər istəməz hakimiyyət vadar edir ki, belə addımlara getsin. Lakin xaricdən, “Pensilvaniya imamı” və Səudiyyə Ərəbistanın təsiri altında olan cərəyan təmsilçilərinin tam nəzarətdə saxlanılması üçün Komitəyə MTN zabitinin vəzifəyə gətirilməsi kifayət edəcəyini birmənalı iddia etmək olmaz. Bunu anlamaq üçün uzağa getmək lazım deyil, xatırlayırsınızsa bir müddət əvvəl Prezident Administrasiyasında yüksək vəzifə tutan nurçu cərayanının Azərbaycandakı liderlərindən olan Elnur Aslanlı tutduğu vəzifədın azad olunduqdan sonra rabitə nazirliyində şöbə müdiri vəzifəsinə gətirildi. Onda belə çıxır ki, Dini İşlər üzrə Dövlət Komitəsinin bu cür hallarda nurçuları nəzarətdə saxlaması məhdudlaşır, lakin bu yalnız məsələnin zahiri tərəfidir. Batində isə nurçuların rəiyyəti, əsas camaatı, sıravi üzvlərinin toplaşdığı dairələrə komitə nəzarəti həyata keçirə bilir. Dini İşlər üzrə Komitə təkcə nəzarətlə işini bitirmir, bu günlərdə artıq ikinci ildir ki, Heydər Əliyev adına “Tolerantlıq Kuboku” uğrunda futbol turnirinin final mərhələsini keçirib.

Bu turnir məzhəblər arasında keçirilir. Bu ilki turnirin final mərhələsində “Məşəd Dadaş” məscidi dini icmasının komandası ilə Sumqayıt “Cümə” məscidi dini icmasının komandaları qarşılaşıb və nəticədə penalti mərhələsində sələfilərin “Cümə” məscidi icması qalib olub. Belə tədbirlər keçirməklə sələfi və şiələr o cümlədən digər məzhəblər arasındakı gərginliyi bir qədər yumuşaltmağa xidmət edir, onların başqa meydanlarda, xüsusilə şəri məsələlərin müzakirəsi müstəvisində qarşılaşmasında qarşıdurma yaranırsa, belə oyunlarda “qalib” və ya “məğlub” anlayışları da futbol çərçivəsində baş verməklə bir qədər gərginliyə sərin su səpilməsi effekti yaradır.
Source : Islamtimes
Comment