0
Saturday 23 October 2010 - 16:08

FƏLƏSTİNİN İŞĞALDAN XİLAS YOLU VARMI?

Story Code : 41406
FƏLƏSTİNİN İŞĞALDAN XİLAS YOLU VARMI?
FƏLƏSTİNİN İŞĞALDAN XİLAS YOLU VARMI?
Lakin insan haqqlarının və məzlumlarla həmrəyliyin qarşıya çıxdığı zamanda haqqlarının bir daha tapdalanmasını çox çətindir. Fələstinlilərin bu dövrdə öyrəndiyi dərs hər nə vasitə ilə olursa olsun müqavimət etməkdir. Diplomatiya versiası beynəlxalq güclərin razılığına bağlıdır. Buna görə intifazə yolu bütün zaman və məkanlar üçün uyğundur. İntifazə (daşla silaha qarşı mübarizə) da seçimi zamanla əhəmiyyətini itirən mübarizə yolu deyil. İntifazə işğalın iradəsinə və istismarına boyun əyməyi rədd edən vətəndaş müqavimətdir. Mahatma Qandi bunu Hindistanda sınaqdan keçirdi və müvəffəqiyyətli oldu. Britanya imperializminin iradəsini qıraraq xalqın inkişafının qarşısını açdı.

YA DA KÖHNƏ DOSTLAR QAYITMALIDIRLAR

Müzakirələrin qapısı bağlanıldıqda, bütün seçimlər tətbiq oluna bilər. Bu məzmunda, fələstinlilərin 1967-ci il sərhədlərində müstəqil dövlət qurduqlarını elan etmək üçün BMT-yə müraciət etməsi bu seçimlərdən biridir. Fələstinlilər bu addımla son sözlərini demiş olarlar. İllərdir davam edən ixtilafı beynəlxalq məzmunda ən üst səviyyəyə çıxararaq məqsəd və mövqeylərini təmin edərlər. Lakin bu addımdan əvvəl fələstinlilər arasındakı parçalanmaya son verilməlidir. Ərəb həmrəyliyi təmin edilməli və fələstinliləri bütün enerjiləriylə dəstəkləyən köhnə dostlar axtarılmalıdırlar. Bütün Ərəb və İslam ölkələrinin qatıldığı bir iş sayəsində dünyada, iki milyarddan çox insanı maraqlandıran bir problemlə mübarizəyə başlayarlar. Müstəqil və suveren bir Fələstin dövləti üçün belə bir enerjinin hərəkətə keçirilməsi mümkündür.

Emin Nəsirli
Source : faktxeber
Comment