0
Tuesday 21 October 2014 - 16:04

Davudoğlu: “İstefa verərəm”

Story Code : 415764
Davudoğlu: “İstefa verərəm”
Ötən gün Türkiyə baş naziri Əhməd Davudoğlu kürd probelmini həll etmək üçün yaradılmış Aqil İnsanlar Heyəti ilə görüş keçirib.
ANS PRESS-in məlumatına görə, ötən gün Dolmaabxçada keçirilən 10 saatlıq iclasdan bəzi pərdəarxası danışıqlar ortaya çıxıb.
Aqil İnsanların “kürdlərə qarşı nifrət dili” xəbərdarlıqlarına baş nazir bu cür cavab verib: “Kürdlərə qarşı nifrət dolu sözlər işlətdiyimi isbat edin, elə buradaca istefa verərəm. Bizdən biri nifrət dili istifadə edibsə, kim olmasından aslı olmayaraq onu vəzifəsindən uzaqlaşdırram.”
Türkiyə baş naziri çıxışları zamanı hökumətin birləşdirici funksiya daşıdığını da vurğulayıb.
İclasa 63 Aqil İnsan dəvət edilsə də onların arasında bəziləri istefalarını açıqlayaraq iştirakdan imtina ediblər.
Qeyd edək ki, "Aqil insanlar" Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə separatçı kürdlərlə atəşkəsə nail olmaq məqsədilə ölkədəki etniklər və icmalarla dialoq üçün yaradılan, ziyalılardan ibarət qrupdur.
Comment